Qovşudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Düzənlikdədir. Keçmişdə Hüseynbəyli də adlanmışdır. Kəndin adı qovşutlu nəslinin adı ile bağlıdır. Ermenistanda Qozbabalı Qovşut, Türkmənistanda Qovşut, Qovşutbenq, Qovşutqala, Qovşutxanbent, Qovşutxanqala kimi yer adlan mövcuddur. Eyniadlı mikotoponim Qubadlı rayonunun Hal kəndinin şm.-q.-inda qeyde alınmışdır. Qovşut bəzi tədqiqatçılara görə, vaxtilə bir sıra türk xalqlarında şəxs adı kimi geniş işlenmişdir. Ermənistan ərazisindəki Qovsut oykonimini bezi tədqiqatçılar kəndin coğafi mövqeyi ilə, yəni iki çayın qovuşduğu yerdə olması ila əlaqəlandirirlər.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax Cəbrayıl rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri