Şıxalıağalı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
5 oktyabr 2020-ci ildə erməni işğalından azad edilib.
Toponimikası Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xanın Zangəzurdan (əsasən, indiki Zəngilan rayonunun Ağalı kəndindən) köçürdüyü ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Şıxalı ağa adlı şəxs bu ailələrin başçısı olmuşdur. Hazırda kənddə alıyarlı, əbilqasımlı, həsənalıbəyli nəsilləri ilə yanaşı şıxalıağalı nəsli də yaşayır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri