Həmid Herisçi () — Azərbaycan yazıçısı, şairi, publisist, televiziya aparıcısı.

Həyatı Həmid Herisçi 30 aprel 1961-ci ildə Bakı şəhərində anadan olub. Atası Qafar Kəndli Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Atası tərəfi əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir, "Herisçi" soyadını da bu bölgənin adından alıb.

Həmid Herisçi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq" və "Əli. Nino. Bakı" adlı postmodern üslubda yazılmış irihəcmli romanların və şeirlərin müəllifidir. Bir zamanlar həyat yoldaşı İlhamiyyə Rzayeva ilə birlikdə Space telekanalında "Gecə kanalı" adlı verilişdə aparıcılıq edib. 2002-ci ildə yaradılmış Azad Yazarlar Ocağının qurucularından biridir. 2013-cü ildə ANS telekanalında "Gizli Azərbaycan" verilişinin aparıcısı olub.

Ailəsi Qafar Kəndlinin oğludur. Jurnalist İlhamiyyə Rzayevanın həyat yoldaşıdır.

Kitabları Nekrokoq, roman, B., Oka nəş. 2005 Əli və Nino, roman., Eyniadlı məşhur romanın dekonstruksiyası B., Oka, 2008, SSRİ, şerlər, B., Qanun, 2007. Konspiroloq. Bakı: Qanun, 2010. Portretlər. Bakı: Zero, 2013. Solaxay (roman). Bakı: Zero, 2014. Hekayələr. Bakı: Ol, 2017 Sekond hənd—ikinci həyat (şeirlər). Bakı: Parlaq İmzalar, 2022 İki səmanın qartalı (hekayələr). Bakı: Qanun, 2024.

İstinadlar

Xarici keçidlər Həmid Herisçi. Şeirlər Həmid Herisçi. Romanlardan parçalar, Şeirlər, Publisistika

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:1961-ci ildə doğulanlar Kateqoriya:Azərbaycan dilində yazan şairlər