Ağayar Şükürov () — Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru (1989).

Həyatı Ağayar Şükürov 25 mart 1946-cı ildə Biləsuvar rayonunun (keçmiş Puşkin) Əmənkənd kəndində anadan olmuşdur. Orta məktəbi 1963-cü ildə Əmənkənddə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1967-ci ildə həmin fakültədən məzun olmuşdur. 1971–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır.

Əmək fəaliyyəti Ağayar Şükürov 1975–1976-cı illərdə Bədən Tərbiyəsi İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim olaraq fəaliyyət göstərmiş, daha sonra 1990-cı ildən Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi fəaliyyət göstərmişdir. Əsasən fəlsəfə və din tarixi, mifologiya, mədəniyyət və ekoloji problemlərin tədqiqi ilə məşğul olmuşdur. 1991-ci ildə keçmiş SSRİ məkanında ilk dəfə olaraq "Ekologiyanın fəlsəfi problemləri" şöbəsini yaratmışdır. Həmin şöbədə 2006-cı ilə qədər "Ekologiya. Fəlsəfə. Mədəniyyət" adlı məcmuənin 42 buraxılışı nəşr olunmuşdur. Alimin 30-a qədər kitabı, 330-dən artıq elmi məqaləsi çapdan çıxmışdır. O, 2 elmlər doktoru, 25 elmlər namizədi yetişdirmişdir. Ağayar Şükürov 4 mart 2003-cü ildə Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, akademiki seçilmişdir.

Elmi fəaliyyəti Ağayar Şükürov 1975-ci ildə "Milli və dini ənənələr" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 1989-cu ildə isə "Müasir qlobalistikada ekoloji problemlərin yeri və rolu" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır.

Ölümü Ağayar Şükürov 7 noyabr 2008-ci ildə vəfat etmişdir.

Əsərləri İslam, adət və ənənə-1981 Müasir dövrün qlobal ekoloji və demoqrafik problemlərinin sosial-fəlsəfi mahiyyəti – 1984 Təbiət və cəmiyyət: fəlakətin astanasında – 1992 Azərbaycan fəlsəfəsi: qədim dövr – 1993 (G. Abdullazadə ilə birlikdə) Mifologiya(nəzəri-fəlsəfi təhlil) I kitab – 1995 Qədim Şərq mifologiyası II kitab – 1995 İran xalqlarının mifologiyası III kitab – 1995 Hind mifologiyası IV kitab – 1996 Qədim Çin mifologiyası V kitab – 1996 Qədim Türk mifologiyası VI kitab – 1997 Yunan mifologiyası VII kitab – 1999 Alman-Skandinav xalqlarının mifologiyası VIII kitab – 1999 Slavyan xalqlarının mifologiyası — 2006 Fəlsəfə, cəmiyyətdə onun yeri və rolu – 1996 Fəlsəfə və zaman – 1998 Dədə-Qorqud mifologiyası – 1999 Biblioqrafiya – 2000 Qlobalistika və ekoloji fəlsəfə – 2001 Qloballaşma: mahiyyəti və perspektivləri – 2001 Fəlsəfə və Qloballaşma – 2002 Şərq Fəlsəfəsi və Filosofları – 2005 Azərbaycan mifologiyası(tədqiqi tarixindən) — 2005 Qloballaşmış Cəmiyyətlər: dünən, bu gün, sabah — 2006 Müstəqil Dövrün Fəlsəfəsi Və Filosofları — 2007 Etnos, Millət və Millətçilik — 2008 Hamı üçün Fəlsəfə — 2010(M. Şükürovla birlikdə)

Ali məktəblər üçün dərslikləri Fəlsəfə – 1996 Kulturologiya – 1999 Sosial ekologiya – 1999 Fəlsəfə — 2008

İstinadlar

Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Biləsuvar rayonunda doğulanlar Kateqoriya:XX əsr Azərbaycan filosofları Kateqoriya:XXI əsr Azərbaycan filosofları