Qoy danışsınlar!"Kino-teatrlarda". "Kommunist" qəzeti, 20 iyun 1970-ci il; səh. 4. () — rejissor Mario Kamusun filmi.
Məzmun İki qardaş – müğənni Rafael və bəstəkar Migel uzun illərdir ki, bir-birilərini görmürlər. Rafael qardaşı ilə görüşmək üçün Avropadan Buenos Ayresə gəlir. Amma bu şəhərdə onu Migel yox, onun katibəsi — Blanka adlı bir qız qarşılayır. O, Rafaelə Migelin hal-hazırda şəhərdə olmadığını deyir. Gənc müğənni Rafael başa düşür ki, Blanka ondan qardaşı barədə nəsə gizlədir. Belə olduqda Rafael qardaşını özü axtarmağa başlayır. Filmin sonunda Rafael qardaşını tapmağa nail olur.
Film haqqında Filmdə məşhur ispan müğənnisi Rafael Martos Sançesin repertuarında olan və tamaşaçılar tərəfindən sevilən bir neçə mahnı səslənmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri: Antonio Qala, Migel Rubio Rejissor: Mario Kamus Operator: Xuan Xulio Baena Bəstəkar: Anton Qarsia Abril
Rollarda Rafael Martos Sançes — Rafael Serena Verqano — Blanka İqnasio Kiros Susana Kampos Dario Vittori
İstinadlar
Ədəbiyyat Raúl Manrupe, María Portela. Un diccionario de films argentinos (1930-1995). — Buenos Aires: Corregidor, 2001. — P. 178-179. — ISBN 950-05-0896-6.
Kateqoriya:İspaniya filmləri Kateqoriya:Argentina filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Musiqili filmlər Kateqoriya:1968-ci ilin filmləri Kateqoriya:Argentinada çəkilmiş filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:İspaniyanın dram filmləri