Doktor Tülpün anatomiya dərsi — Rembrandt van Reyn tərəfindən 1632-ci ildə çəkilmiş 216,5 x 169,5 sm ölçülü rəsm əsəri.
Rəsmdə təsvir olunan şəxslərdən ikisinin şəxsiyyəti dəqiq məlumdur. Bunlar həkim Nikolas Tülp və meyit — Aris Kindtdir. Aris Kindt törətdiyi cinayətlərə görə məhkəmə qərarı ilə 31 yanvar 1632-ci ildə asılaraq edam olunmuş və onun meyiti tibbi sınaqlar üçün Amsterdam cərrahlar gildiyasına verilmişdi.
Kateqoriya:Rembrandtın rəsm əsərləri Kateqoriya:1632-ci ildə yarananlar Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri