Talışlar () — Azərbaycan Respublikasının cənub-şərqində əsasən Astara, Lerik, Lənkəran, Masallı rayonlarında, qismən isə Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarının ərazilərində, eləcə də İranın şimalında-şərqində Gilan ostanının Astara, Talış, Masal və Rizvanşəhr şəhristanlarında yaşayan irandilli xalqArakelova, Victoria (2022). "The Talishis on Opposite Banks of the Araxes River: Identity Issues". Iran and the Caucasus. 26 (4). Brill: 407–417. doi:10.1163/1573384X-20220406. S2CID 254393164."Jamie Stokes,"Encyclopedia of the Peoples of Africa and the Middle East, Volume 1", Infobase Publishing, 2009. pp 682: "The Talysh are an Iranian people, most of whom now live in the Republic of Azerbaijan, on the southwestern shore of the Caspian Sea, ". Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar. — Ana dilləri İran dillərinin Şimal-qərbi İran qolunaAsatrian, G. and H. Borjian, 2005. Talish: people and language: The state of research. Iran and the Caucasus 9/1, p 43-72 daxil bir dil olan talış dilidir.

Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Talışlar eyni zamanda birçox tarixçi tərəfindən yerli xalq olaraq qabul edilir.Williams, Victoria R. (2020). " Talysh". Indigenous Peoples: An Encyclopedia of Culture, History, and Threats to Survival [4 Volumes]. Santa Barbara, California: ABC-CLIO. ISBN 978-1-4408-6118-5. Talış xalqının əsas şəhəri və vətəni Lənkərandır.Əhalinin əksəriyyəti etnik mənsubiyyətcə talışlardan ibarətir.Allnutt, Luke (1 October 2007). "Azerbaijan: The Struggle To Shape Islam ". Radio Free Europe/Radio Liberty. Retrieved 8 February 2024. Only a few kilometers from the Iranian border, the southeastern town of Lankoran has close ties with Iran. The people in Lankoran are mainly Talysh, linguistically and ethnically similar to Persians.Clifton, John; Tiessen, Calvin; Deckinga, Gabriela; Lucht, Laura (2005), Sociolinguistic situation of the Talysh in Azerbaijan

Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar.

2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir.Azərbaycanın demoqrafik göstəriciləri. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2013. stat.gov.az Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur.Мамедли А. "Современные этнокультурные процессы в Азербайджане: основные тенденции и перспективы." Баку, издательство Университет Хазар, 2008, 246 стр

Etmologiya İranşünas Q. Asatryan öz əsərlərində şəkilçi formalarının oxşarlığına əsaslanaraq Talış və Kadus etnonimlərinin eyni olduğu qənaətinə gəlir. Erməni orta əsr tarixşünaslığında rast gəlinən "Kadiş" etnonimi, görünür, qədim müəlliflərdə Kadusi adının əksidir. "Aşxaratsuyts" əsərində bu tayfa adı Xəzər dənizinin cənub-qərb rayonlarının təsvirində "Kadşok" formasında təsdiqlənir. Q. Parpetsinin V əsr "Ermənistan tarixi" əsərində isə Kadış ordusu haqqında deyilir . Kadış və Talışın qədim formalarını əlaqələndirən Q. Asatryan "Talış" sözünün "Kadus" sözünün təbii olaraq dəyişdirilmiş forması olduğunu irəli sürür, baxmayaraq ki, "Kadus" sözünün Talış etnoniminin ellinləşdirilmiş (Helenleşmiş) forması olması tamamilə mümkündür.Mamedov, A., Orishev, А., Zalysin, I., Fomina, T., & Paikidze, A. Formation of the Talysh Ethnos Worldview under Geoethnic Conservation Area Conditions // Journal of History Culture and Art Research. — Karabuk University, 2018. — Июнь (№ Vol. 7, No. 2). — С. 155—167.

Digər etnonimlər kimi, Talış adı da dəqiq müəyyən edilə bilməz. Erkən ərəb mənbələrində al-Țaylasān kimi görünür.Asatrian, Garnik; Borjian, Habib (2005). "Talish and the Talishis (The State of Research)". Iran and the Caucasus. 9 (1). Brill: 43–72. Əl-Təbərinin (923-cü ildə vəfat edib) sözlərinə görə; "Azərbaycanı əhatə edən dağlarda ərəblərə tabe olmayan və onların azadlığına və müstəqilliyinə yiyələnən Gellər və Əl-Taylasan kimi xalqlar yaşayırdı.Asatrian, Garnik; Borjian, Habib (2005). "Talish and the Talishis (The State of Research)". Iran and the Caucasus. 9 (1). Brill: 43–44.

“Talış” etnonimi tarixi mənbələrdə açıq şəkildə ilk dəfə XIII–XIV əsr fars mənbələrində, xüsusilə Hamdullah Qəzvini’nin Nüzhet əl-Qülub (1340-cı illər) əsərində “vilâyat-i Tâliš” kimi qeyd olunur. Daha qədim dövrlərdə isə Talışların əcdadı hesab olunan əhali Strabon və digər antik müəlliflərdə İran mənşəli tayfa olan “Kadusii” adı ilə xatırlanır.”“The Cadusii in Archaeology? Remarks on the Achaemenid Period … in Gilan and Talesh” — Iran and the Caucasus, Vol. 17, Issue 2 (2013).

Genetika NRY-Y-DNT haploqruplarına gəldikdə, talışlar Neolit ​​dövründə Yaxın Şərqdə kənd təsərrüfatının yaranması və yayılması ilə əlaqəli J2 haploqrupu ilə Yaxın Şərqə xas yaxınlıqlar göstərirlər ki, bu da nümunənin 25%-dən çoxunda aşkar edilmişdir.Nasidze I, Quinque D, et al. (2009). "mtDNA and Y-chromosome variation in the Talysh of Iran and Azerbaijan". American Journal of Physical Anthropology 138 (1): 82–9 Başqa bir patrilin, R1 haploqrupunun da 1/4-dən 1/2-yə qədər dəyişdiyi müşahidə olunur, Mərkəzi/Cənubi Avrasiyanın İran xalqlarını əhatə edən Şərqi Hind-Avropa ilə əlaqəli bir marker olan R1a1 isə G haploqrupu ilə birlikdə yalnız 5%-dən aşağıya çatır.Nasidze I, Quinque D, et al. (2009). "mtDNA and Y-chromosome variation in the Talysh of Iran and Azerbaijan". American Journal of Physical Anthropology 138 (1): 82–9

Bu, Talışların genetik baxımdan İran və Yaxın Şərq xalqları ilə yaxın əlaqədə olduğunu və onların mənşəyinin bu regionlarla tarixi və coğrafi bağlılıqda olduğunu göstərir. Təxminən 60–65% genetik göstəricilər bu bölgələrdən gələn izləri əks etdirir ki, bu da Talışların dili, mədəniyyəti və tarixi baxımından İran və Yaxın Şərq xalqları ilə əlaqəli olmasını dəstəkləyir.

Məskunlaşma Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar. Azərbaycanda olduğu kimi İranda da əsasən kompakt şəkildə yaşayırlar və farslardan, giləklərdən fərqlənirlər. Lakin, İran ərazisində Xəzərin ovalıq hissəsində yaşadıqları ərazi Ənzəli şəhristanına qədər uzanır və yalnız burada talış dili müəyyən qədər gilək dili ilə qarışır. Eləcə də İranın şimalında Gilan ostanında əsasən Talış şəhristanında, Rizvanşəhr şəhristanında, Masal şəhristanında, Astara şəhristanında, Fumən şəhristanında və Ərdəbil ostanının Nəmin şəhristanında yaşayırlar. Ərdəbil şəhərinin yaxınlığında ana dilləri talış dili olan bir neçə talış kəndi var. Onlar Güleş (və ya özlərinin dediyi kimi: Quleş), Ceid, Gül-təpə, Sarıxanlıdır.Qəmərşah Cavadov. "Azərbaycanın azsaylı xalqları və milli azlıqları". Bakı, Elm, 2000.

Azərbaycan və İrandan sonra ən çox Rusiyada, bir qismi isə Qazaxıstanda yaşayırlar.

Tarixi thumb|200px|right|Midiya dövlətinin ilkin yaranma ərazisi ellinizm dövründə Kiçik Midiya və ya Atropatena adlanırdı (müəllif: fransız kartoqraf Adrien-Hubert Brué (1839)

Talışların ulu əcdadları iran dilliCongress, Library of (2006). Library of Congress Subject Headings. Library of Congress. Kadusilər hesab edilir.G. Asatrian, H. Borjian. Talish//Talish and the Talishis. Iran and the Caucasus, 2005, vol.9.1Ahmad Kasravi, Kārvand-e Kasravi, ed. Yahyā Dokā, Téhéran, 1973. с. 283–288Алиев И., Гошгарлы Г. Юго-Запад Прикаспия в древности и эпоху средневековья Толыши сядо, 1993. с. 4 Herodot, Strabon, Plutarx, kimi tarixçilərin qeydlərində Kadusilərin adlarına rast gəlmək mümkündür.Tofiq Əzizov. Kadusilər kimin əcdadıdır? İlk dəfə kadusilər barədə məlumata Herodotun əsərlərində rast gəlinir. Herodot Əhəmənilərin 11-ci satraplığında kadusların yaşadığını qeyd edirdi və köçəri irandilli tayfalar olan kadusların yaşadıqları areal Atropatenaya aid idi. Kadusilərin talışlarla bağlılığını Strabonun əsərində onların yaşam areallarına baxaraq müəyyənləşdirmək mümkündür. Strabon kadusların Xəzər dənizi sahilində ovalıqlarda və onun ətrafında olan dağlıq ərazilərdə yaşadığını bildirir. İsgəndəriyyəli qədim yunan coğrafiyaşünası Dionisiy Perieqet də kadusilərin Xəzər sahilindəki dağlıq ərazidə yaşadığını qeyd edir. Bu və digər müəlliflərə istinadən Kadusiya şərq və cənub-şərqdən Xəzər dənizinə və Amardların diyarına, cənub və qərbdən Midiya Atropatenasına və şimaldan Arran və Albaniya torpaqlarına qovuşurdu.Əli Əbdoli. "Kadusların tarixi" Tehran 2002 s. 7

Səfəvilərin Talışda şiə dini təbliğat kampaniyası bölgənin dağlıq və uzaq yerləşməsi səbəbindən yarımçıq qalmışdı. Bu səbəbdən də İranda və Azərbaycan Respublikasında Talış xalqının əhəmiyyətli bir hissəsi sünni İslam dininə mənsubdur. Talışın İran hissəsindəki talışların əksəriyyəti sünnidir və nəqşibəndi təriqətinə mənsubdur. Digər tərəfdən, təxminən iyirmi dörd dağ kəndi istisna olmaqla, Talışın Azərbaycan hissəsindəki talışların əksəriyyəti şiələrdir.Asatrian, Garnik; Borjian, Habib (2005). "Talish and the Talishis (The State of Research)". Iran and the Caucasus. Brill. 9 (1): 43–72.

İstər İranda, istərsə də Azərbaycanda talış xalqı özünəməxsus İran kimliyinə malik olsa da, onların Azərbaycanda əhəmiyyəti kifayət qədər böyükdür. Onların Azərbaycanda kimliyi iranlılar və türklər arasındakı münaqişəyə əsaslanır.

Gilan İspahbadlığı — İranda Talışlar tərəfindən idarə olunan kiçik knyazlıq. Vladimir Minorskiyə görə 11-ci əsrdə qurulan bu knyazlığı ilk Talış dövləti hesab etmək olar. Paytaxtı əvvəlcə Şindan qalası, 14-cü əsrdən etibarən isə Astara olub.

1747 də Nadir şahın ölümündən sonra Azərbaycanda xanlıqlar meydana gəlir o xanlıqlardan biri də Talış xanlığıP. Zablotskiy. Obozreniye Talışinskogo xanstva za 1836 god — 1836. — 61 s. olmuştur.

Talış xanlığının tarixi ilə bağlı qeyri-müəyyənlik təkcə mənbələrin azlığı ilə bağlı deyil, daha bir problem onun haqqında tədqiqatların nadir olmasıdır. Rus, azərbaycan, türk və fars dillərində bir sıra tədqiqatlar və qısa sorğular dərc olunub. Təəssüf ki, bu tədqiqatların bəziləri zəifdir və səhv və qərəzli şərhlər ehtiva edir.Shahvar, Soli [in Persian]; Abramoff, Emil (2018). "The Khan, the Shah and the Tsar: The Khanate of Talesh between Iran and Russia". In Matthee, Rudi; Andreeva, Elena (eds.). Russians in Iran: Diplomacy and Power in the Qajar Era and Beyond. London: I. B. Tauris. pp. 24–48.

İranın keçmiş ərazi-inzibati bölgüsünə görə, talışlar Xəmsəyi-Təvaliş adlanan beş rayonda əhalinin böyük əksəriyyətini təşkil edir. Bunlar, Kərgəkrüd, Əsalem, Talış-Dolab, Şandərmin və Masaldır.

Sayları 2009-cu il ümumölkə əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən talışlar Azərbaycanda yaşayan de-fakto üçüncü, de-yuri isə dördüncü azsaylı xalqdır.