Sosiologiya ( — "cəmiyyət", — "elm"; XX əsrin əvvəllərinə qədərki mənbələrdə ictimaiyyat)https://www.azleks.az/online-dictionary/ictimaiyyat?s=my ictimaiyyat: Cəmiyyət və onun inkişafından bəhs edən elm (Azərbaycan dilinin izahlı lüğəti) — cəmiyyətə, insanın sosial davranışına, sosial münasibətlərin nümunələrinə, sosial əlaqələrə və gündəlik həyatla əlaqəli mədəniyyət aspektlərinə diqqət yetirən sosial elm.
Sosiologiyanın funksiyaları və rolu Baxmayaraq ki, qədim zamanlardan insanların sosial rifahını yaxşılaşdırmaq üçün müxtəlif filosoflar (İbn Xəldun, Platon və s.) fərqli ideyalar irəli sürüblər, qanunlar qəbul və icra olunub, sosiologiya bir elm kimi yalnız və yalnız XVIII əsrdən etibarən yaranmağa və inkişaf etməyə başlayıb. Sosiologiyanın banisi kimi fransız filosofu Ogüst Kont götürülür, lakin ondan çox digər 3 şəxs (Karl Marks, Maks Veber və Emil Durkhaym) sosiologiyanın inkişafına töhfə veriblər və elə buna görə də məhz bu 3 şəxs sosiologiyanın "ataları" kimi də tanınır.
Sosiologiya elminə töhfə vermiş və hal-hazırda da bu sahədə çalışan şəxslər 2 kateqoriyaya bölünürlər: klassik sosioloji və müasir sosioloji nəzəriyyəçilər.
Klassik nəzəriyyəçilər sosiologiya elminin yarandığı ildən 20-ci əsrin əvvəllərinədək işləyən şəxsləri əhatə edir. Bu qrupa sosiologiyanın ataları — Georq Zimmel, Ogüst Kont, Herbert Spenser və Vilfredo Pareto kimi şəxslər daxildir. Onların ideyaları hələ də yaşayır və müasir dövrdəki sosial məsələləri anlamaq üçün alimlər onların nəzəriyyələrindən də olduqca çox istifadə edirlər.
Müasir qrupa isə İkinci dünya müharibəsinin başlandığı illərdən indiki dövrə kimi olan şəxslər nəzərdə tutulur və onların da ideyaları olduqca aktual və maraqlıdır. Bu qrupa Talkot Parsons, Entoni Giddens, Yurgen Habermas, Stenli Koen, Yudit Batler və Silviya Uolbi kimi şəxslər daxildir.
İctimai biliyin dərinləşməsi, digər elmlərin yüksək differensiasiyası, həmçinin cəmiyyətin tədqiqində empirik tədqiqat metodlarının labüdlüyü sosiologiyanın ayrıca elm kimi formalaşmasına şərait yaratdı. Sosiologiya elmi digər elmlərlə birgə işləyir və buna görə də multidisiplinar elm kimi də tanınır. Misal üçün, Maks Veberin din və iqtisadiyyat barədə olan işlərinə nəzər yetirsək, görə bilərik ki, Veber iqtisadiyyat, din və siyasət elmlərindən də istifadə edərək dinin cəmiyyətdəki rolunu araşdırmışdır. Sosiologiya elmi hər bir cəmiyyətdə mövcud olan və onun formalaşmasında vacib rol oynayan (din, ailə, dövlət) və cəmiyyətin nümayəndələrinin əmələ gətirdiyi (cinayət, anormallıq, musiqi, incəsənət, media) faktorları dərindən tədqiq edir, Buna görə də sosiologiya elminin əhatəsi olduqca genişdir və cəmiyyətin nəyə görə və hansı səbəblə müəyyən formada hərəkət etməsini, nəyə görə bu formada olduğunu və s. bu cür suallara cavab tapmaq istəyən fərd üçün bu elm olduqca vacib və maraqlıdır.
Sosiologiyanın yalnız nəzəri biliklərdən ibarət olmaması sahəsində Sen-Simonun xidmətləri böyükdür. Məhz o, sosiologiyanı "müşahidəyə əsaslanan elmlər pilləsinə" qaldırmışdır.
Sosiologiya elminin müxtəlif funksiyaları var, ancaq ən əsas funksiyaları insanların normal qəbul etdikləri (adət-ənənə, miflər, dini idealar) ideaları empirik şəkildə araşdırıb nə dərəcədə düzgün olub-olmadığını və nəyə görə o ideaların formalaşdığını, sosial problemlər ortaya çıxdığı zaman onun səbəbini tapıb müvafiq həll yolları təklif etmək və insanlara şəxsi iş və yaxud problem kimi görsənən məsələləri gündəmə gətirib onları tədqiq edib həll yolu göstərməkdir. Adı çəkilən funksiyalardan birincisinə nümunə olaraq qadın-kişi münasibətlərinə, daha doğrusu, bərabərliyinə dair olan ictimai fikirlərin sosioloqlar tərəfindən necə təsirlənərək dəyişdiyini nümunə göstərmək olar. XVII -XVIII-ci əsrlərə kimi dünyanın əksər yerlərində qadının bioloji olaraq kişidən əqli və fiziki cəhətdən "zəif" olduğu və buna görə də kişiyə tabe olub onun əmrlərini yerinə yetirməli olduğu hər kəs tərəfindən qəbul edilirdi. Bu ideaların formalaşmasında dinin də rolu olduqca güclü olub çünki Bibliyada və Tövratda müxtəlif formalarda kişinin qadına sahib çıxması, qadının ona itaət etməsi kimi ayələr var, lakin sosiologiya elmi, xüsusən də feminism cərəyanı ortaya çıxdıqdan sonra yavaş-yavas insanlar bu bərabərsizliyin təbii yox, cəmiyyət, əsasən də kişilərdən tərəfindən yaradıldığını düşünməyə və hətta çoxları qəbul etməyə başladılar. Judith Butler, Simone De Beauvoir, Sylvia Walby və Margaret Mead kimi görkəmli feministlərin araşdırmaları inqilabi ideaların ortaya çıxmasına gətirib çıxardı. Onlar tapdıqları sübutlara istinadən iddia etdilər ki baxmayaraq ki dünya yaranan ilkin zamanlarda qadınlar kişilərdən üstün sosial mövqedə olublar, xış əkinçiliyinin və digər aqrar və texniki inkişaflar nəticəsində matriarxat patriarxat sistemi ilə əvəzlənib. Öz üstünlüklərini bərpa etmək üçün kişilər dini ayələrdən də istifadə ediblər. Nəticədə kişilər dominant, qadınlar isə aşağı statusa yiyələniblər. Sosioloqlar tarix boyu ciddi dəyişikliklərin baş verməsinə də səbəb olmuşlar.
Sosiologiyanın digər funksiyası olan (sosial məsələlərin tədqiqi və həlli) isə sosiologiya yaranandan bügün ki günümuzə kimi aktual olub və həmişə də olacaq. Sosioloqlar əsasən problemlərin media, ekspert və dövlət nümayəndələri tərəfindən göstərilən səbəbləri ilə tam razı olmayaraq problemlərin görünməyən tərəflərini və səbəblərini araşdırırlar, və elə buna görə də bir çoxları (media, kapitalist, dövlət) tərəfindən tənqidə məruz qalırlar. Nümunə olaraq dahi Karl Marksı göstərmək olar. Onun idealarının sayəsində bizlər artıq kapitalizmin nə dərəcədə ədalətsiz sistem olduğunu anlaya bilirik. İşsizlik, böhran və siyasl oyunların arxasında iqtisadi maraqların və faktorların durduğunu görə bilirik. Əgər Marks olmasa idi, çox güman ki bizlər adı sadalanan problemlərin və hadisələrin təbii olduğunu zənn edərdik. Baxmayaraq ki Marksın ideaları kapitalist dünyasında media və dövlət nümayəndələri tərəfindən (öz mövqelərini sarsıtmamaq üçün) tez-tez işıqlandırılmır, onun ideaları sosial, siyasi və iqtisadi problemlərin anlaşılmasında daim istifadə olunub və olunacaqdır.Richard Jenkins (2002). Foundations of Sociology-Towards A Better Understanding of the Human World
Sosiologiyanın predmeti Sosiologiya termini iki sözün birləşməsindən ibarətdir: latın sözü "sosietas" (cəmiyyət) və yunan sözü "loqos" (söz, təlim). Hərfi mənada sosiologiya cəmiyyət haqqında elm deməkdir. Aydın məsələdir ki, bəşəriyyət öz tarixi ərzində həmişə cəmiyyəti dərk etməyə, ona öz münasibətini bildirməyə səy göstərmişdir. Bunu xatırlamaq kifayətdir ki, keçmişin bütün mütəfəkkirləri öz fəlsəfi sistemləri çərçivəsində həm də öz ictimai baxışlarını ifadə etmişlər. İqtisadi, hüquqi, pedaqoji fikir müvafiq xüsusi elmlərdən — siyasi iqtisaddan, hüquqşünaslıqdan, pedaqogikadan qədim olduğu kimi, sosial fikir də bir elm kimi sosiologiyadan daha qədimdir. Sosial məsələlər haqqında mühakimlər, ictimai hadisə və proseslərin qiymətləndirilməsi müxtəlif formalarda, müxtəlif janrlarda öz əksini tapmışdır. Bəşəriyyətin ən ümumi sosial ideyalar işləyib hazırlaması uzunmüddətli mürəkkəb və ziddiyyətli prosesdir. Zehni əmək bölgüsü elə bir yol keçməli idi ki, sosial təfəkkürün özünün spesifik formalarında təzahür də bilsin. Bu baxımdan sosioloji fikir tarixi sosial fikrin, sosial ideyaların xüsusi tərkib hissəsidir. Sosiologiyanın müəyyən ilkin şərtlərin mövcud olduğu XIX əsrdə meydana gəldiyi vaxtdan onun predmeti eynimənalı başa düşülməmişdir. Məsələn, O. Kont belə hesab edirdi ki, sosiologiya insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdiyini öyrənən yeganə elmdir. Sosiologiya ictimai həyat faktlarını, proseslərini müşahidə etmək, təsvir etmək və sistemləşdirmək vəzifələrini yerinə yetirməlidir. Herbert Spenserə (1820–1903) görə, sosiologiya elə ən ümumi elmdir ki, özündə həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyanı, həm də etnoqrafiyanı birləşdirir. Alman iqtisadçısı və sosioloqu Albert Şeffle (1831–1903) bildirirdi ki, sosiologiyanın predmetini insanlar arasındakı qarşılıqlı mənəvi münasibətlər, habelə ünsiyyətin ideal və texniki üsulları, formaları təşkil edir. Görkəmli hüquqşünas və sosioloq Lüdviq Qumploviçin (1838–1909) fikrincə, sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır. XIX əsrin sonlarına qədər Kontun nöqteyi-nəzəri, yəni sosiologiyanın cəmiyyətşünaslıqla eyni olan elm kimi nəzərdən keçirilməsi elmi ədəbiyyatda üstünlük təşkil etmişdir. XIX əsrin sonu — XX əsrin əvvəllərində cəmiyyət məsələlərinə həsr olunmuş tədqiqatlarda sosial aspekt xüsusi olaraq ayırd edilir, onun iqtisadi, hüquqi və s. aspektlər sırasında özünəməxsus cəhətlərinə daha çox diqqət yetirilir. Bu halda sosiologiyanın predmeti xeyli məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə şərhini ilk dəfə fransız sosioloqu və filosofu Emil Durkhaym (1858–1917) vermişdir. Dürkheymin fikrincə, sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır. Bu reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə fiziki və s. faktlarına müncər edilə bilməz; onların öz müstəqil xarakteristikaları vardır. Sosial faktların başlıca əlamətləri onların obyektiv səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidİr. Dürkheym sosial faktları iki yerə ayırırdı: cəmiyyətin "maddi substratını" təşkil edən morfoloji faktlar (məs. əhali sıxlığı, fərdlər arasında ünsiyyətin intensivliyi, yaşayış yerlərinin [12–13] xarakteri və s.) və mənəvi, qeyri-maddi faktlar (bunlar məcmu halda kollektiv və ya ümumi şüuru təşkil edir). Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir. lakin belə izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə də digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır. Sosioloji idrakın obyektinin və predmetinin qarışdırılması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və cərəyanların bir çox sosioloqlarına xas olan cəhətdir. Yeri gəlmişkən qeyd edək ki, sosiologiyanın digər elmlərdən, ABŞ-da sosial psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını şərtləndirən ən mühüm səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin eyniləşdirilməsi olmuşdur. Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi idrak obyekti kimi qəbul edirlər. Bu o deməkdir ki, müxtəlif hadisə, proses, münasibət ən müxtəlif elmlərin predmetindən söhbət getdikdə yalnız obyektin həmin elmin spesifikası ilə müəyyən edilən tərəfi, aspekti, xassəsi, münasibəti əsas götürülür. Obyektin digər tərəf, aspekt, xassə və münasibətləri isə ikinci dərəcəli məsələlər kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçirilir. Deməli, hər hansı elmin formalaşması ilə onun elmi tədqiqat predmetini ayırd etmək məsələsi qarşıya çıxır. Başqa sözlə, hər bir elm digər elmdən ilk növbədə öz predimeti ilə fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi tərəfini, sferasını, özü üçün spesifık olan qanunauyğunluqlarını, həmin qanunauyğunluqların xüsusi təzahür formalarını və fəaliyyət mexanizmlərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən sosiologiyanın predmetini tədqiqat obyektinə görə müəyyənləşdirmək kifayət deyildir. Məsələn, sosial reallıq ictimai və [13–14]