Xubyarlı — Azərbaycan Respublikasının İmişli rayonunun Məzrəli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Xubyarlı kəndinin adı 1902-ci il yanvar ayının 31-də Şamaxı şəhərində baş vermiş zəlzələdən köçən və gəlib həmin kənddə yerləşən 3 ailədən biri Xubyar bəyin adı ilə bağlıdır. Araz çayının sağ sahilində, Mil–Muğan su kanalı boyu, Bakı–Horadiz şose yolunun kənarında yerləşir.

Toponimikası İmişli rayonunun Məzrəli inzibati ərazi vahidində kənddir. Mil düzündədir. Tədqiqatçılara görə, oykonim özündə qəd. türkdilli bulqarların kuvyar tayfasının adını əks etdirir. Tarixi mənbələrin məlumatına görə, V əsrin sonu – VI əsrdə dəfələrlə Cənubi Qafqaz hücum etmiş bulqarların bir qismi bu ərazidə məskunlaşmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi Kənd əhalisinin sayı 1132 nəfərdir ki, onun da 565 nəfəri kişi, 567 nəfəri isə qadındır.

İstinadlar

Kateqoriya:İmişli rayonunun kəndləri