Şahverdili — Azərbaycan Respublikasının İmişli rayonunun Göbəktala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Rəsullu kənd Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə verilmişdir.

Toponimikası Keçmiş adı Ərəbşahverdilli olmuşdur. Oykonim Şirvanda yaşamış eyni adlı ərəb tayfasının adı ilə bağlıdır.

Tarixi Kənd əvvəllər Araz çayı sahilində, Qaradonlu kəndi yaxınlığında idi. 1946-cı ildə Araz çayının daşması ilə əlaqədar olaraq kənd indiki yerində məskunlaşmışdır.

Əhalisi Kənd əhalisinin sayı 1433 nəfərdir ki, onun da 715 nəfəri kişi, 718 nəfəri isə qadındır.

Din Kənddə "Əhli–beyt" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:İmişli rayonunun kəndləri