Vertelişki () — Belarusun Qrodno vilayətinin Qrodno rayonunda aqrar şəhərcik. Vertelişki kənd Sovetinin inzibati mərkəzidir. Qrodno şəhərindən 12 km məsafədə yerləşir. Əhalisinin sayı 3250 nəfərdir. (2015)
Tarixi 1950-ci illərə qədər Vertelişki kiçik bir kənd idi. 1950-ci illərdə burada iri "Proqress" kolxozu və "Vertelişki" torf emalı müəssisəsi yaradıldı. Kəndin yerində SSRİ-nin nümunəvi kənd qəsəbələrindən biri hesab edilən iri bir qəsəbə tikildi. 1971-ci ildə Belarus SSR-də Vertelişki kənd qəsəbəsinin planlaşdırılması və tikintisinə görə memarlar V. N. Yemelyanov, Q. V. Zaborski və kolxoz sədri F. P. Senko ədəbiyyat, incəsənət və memarlıq sahəsində SSRİ Dövlət Mükafatına layiq görüldülər. Vertelişkinin fotoşəkli Böyük Sovet Ensiklopediyasında (BSE) yerləşdirilmişdi.
Vertelişkidə "Proqress" kolxozunun, fəaliyyət göstərən torf müəssisəsinin, dar dəmir yolunun və torf briket fabriki yerləşir. Sosial imkanlara məktəb, gənclər idman məktəbi, icma mərkəzi, univermaq və bir neçə mağaza daxildir.
Kateqoriya:Belarusun yaşayış məntəqələri