Kristal Bakı — "Kristal" brendi altında fəaliyyət göstərən Azərbaycan tikinti şirkəti. Əsasən Bakıda və Abşeron yarımadasında çoxmənzilli yaşayış kompleksləri inşa edir. Şirkət ölkənin iri tikinti şirkətlərindən biridir: 2024-cü ilin sonunda onun 1254 işçisi olub.

Tarixi Şirkətin saytına görə, onun fəaliyyəti 2003-cü ildə Bakıda başlayıb, sonradan Sumqayıt və Xırdalanda da layihələr həyata keçirilib. Şirkətin layihələri əvvəllər "Kristal Abşeron" adı ilə təqdim olunurdu; 2019-cu ildə bu ad altında Bakı bulvarı yaxınlığında 16 mərtəbəli "Kristal Towers" yaşayış kompleksi təqdim edilib. 2024-cü ildə "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyev idi.

Layihələri Şirkətin ən böyük layihələrindən biri Nərimanov rayonunda, "Nəriman Nərimanov" metro stansiyası yaxınlığında inşa edilən "City Garden Narimanov" yaşayış kompleksidir. Kompleksin ərazisi 21 hektar, onun 17,3 hektarı yaşıllıq zonasıdır.

Şirkətin saytında göstərilən layihələr: İnşası davam edən: Kristal Towers, City Garden Narimanov, Park Yasamal 2, Highland Residence, Biləcəri yaşayış kompleksi və digərləri. Təhvil verilmiş: Royal Residence, İnqilab Residence, Javahir Residence, Kristal Bayıl, Merida Premium və digərləri.

Maliyyə göstəriciləri Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə hazırlanmış 2024-cü il maliyyə hesabatına görə, "Kristal Bakı" ASC-nin əməliyyat gəlirləri 2024-cü ildə 58,4 milyon manat təşkil edib (2023-cü ildə 52 min manat); şirkət ili 3,3 milyon manat xalis zərərlə başa vurub (2023-cü ildə 15,5 milyon manat zərər). Şirkətin izahına görə, gəlir yalnız tikinti başa çatıb mənzillər təhvil verildikdən sonra tanınır, o vaxta qədər isə alıcılardan daxil olan vəsait avans kimi uçota alınır; 2024-cü ilin sonunda alınmış avansların həcmi 327,1 milyon manat olub.

Səhmdarları Maliyyə hesabatına görə, "Kristal Bakı" ASC-nin səhmdarları Pərviz Vəliyev (50%), Fərid Nəbiyev (25%) və Araz Nəbiyevdir (25%).

Xarici keçidlər Rəsmi saytı

İstinadlar

Kateqoriya:Azərbaycan şirkətləri Kateqoriya:Bakı şirkətləri Kateqoriya:İnşaat şirkətləri