Əli Cavan (, ; ) — azərbaycan əsilli amerikalı fizik və ixtiraçı. 1959-cu ildə Bell Telephone Laboratories-də qaz lazerinin konsepsiyasını təklif edən ilk şəxs idi. Kiçik U. R. Bennett və D. R. Herriott ilə iş birliyində inşa etdiyi uğurlu bir prototip 1960-cı ildə göstərildi. Elmə verdiyi digər töhfələr kvant fizikası və spektroskopiya sahələrində olmuşdur.

Həyatı və karyerası Əli Cavan 1926-cı ildə Təbrizdə İran azərbaycanlıların ailəsində doğulmuşdurDünyada ilk dəfə qaz lazerini azərbaycanlı kəşf etmişdir . Bir il Tehran Universitetinin fizika fakültəsində oxumuşdur. 1948-ci ildə ABŞ-yə köçmüşdür. o, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Elmi araşdırmalara hədsiz marağı olan Əli Cavan 1954-cü ildə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1958–61-ci illərdə Bell-Telefon laboratoriyalarında işləmişdir. 1960-cı ildən Massaçusets Texnologiya İnstitutunda işləyir. Əli Cavanın tədqiqatları kvant elektronikası və onun tətbiqi, habelə lazer elektroskopiyası sahələrinə aiddir. Qeyri-xətti spektroskopiyanın əsasın qoymuşdur. 1960-cı ildə qaz lazerini Amerika alimləri U. Bennet və C. Erritonla birlikdə təklif etmişdir. Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsini U. Bennet və C. Lembornla birlikdə kəşf etmişdir. 1966-cı ildə mod kəsişmələrinin effekti nəzəriyyəsini yaratmış və bunu 1969-cu ildə müşahidə etmişdir.

1970-ci ildə işıq hərəkəti tezliklərinin ölçülməsində mütləq hərəkəti və qeyri xətti flyuressensiyaların metodlarını işləmişdir. O, həm də spektral xətlərinin basılmada daralmasını kəşf etmişdir. O, "Qaz lazerin optik cihazlarında və elmi işlərdə qeyri-paralel istifadə edilməsi" adlı fundamental araşdırmalarına görə 1975-ci ildə Amerika Optik Cəmiyyəti tərəfindən ən yüksək mükafata layiq görülmüşdür. 1993-cü ildə isə alimə nüfuzlu Albert Eynşteyn mükafatı verilmişdir.

İstinadlar

Həmçinin bax Hal-hazırda yaşayan yüz dahi

Xarici keçidlər

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan ixtiraçıları Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:ABŞ alimləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:İran şəxsləri Kateqoriya:İrandan ABŞ-yə mühacirət edənlər