Elşad Xose (tam adı: Elşad Əliyev; ) — Azərbaycan repçisi.
Elşad Xose müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Dəyirman, Elçin Cəfərov, Elmira Ələkbərzadə, Elnarə Xəlilova, Faiq Ağayev, Günay İbrahimli, Manana Caparidze, Miri Yusif, Natavan Həbibi, Röya, Samirə Allahverdiyeva, Zülfiyyə Xanbabayeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.
Həyatı
Erkən illəri 1979-cu il sentyabr ayının 25-də Neftçala (xol)da dünyaya gəlmişdir. Özünə "Xose" təxəllüsünü məktəb vaxtı götürüb. Gənc yaşlarında "Odlar Yurdu" KVN komandasının heyətində çıxış edib.
Populyarlıq qazanması 1999-cu ildə 106 FM radio stansiyasında aparıcı işləyib. Radioda işləyən dövrdə özünün ilk treki olan "Allah" mahnısını yazdırıb.
2000-ci ildə "Jizn ne menyaetsa" ilk musiqi albomunu buraxıb. Həmin ildə Şövkət Ələkbərova ilə virtual duet yaradıb, "Qəmgin mahnı" ilə Azərbaycan musiqi səhnəsində uğur qazanmışdır. O, bu mahnını studioda 20 dəqiqəyə yazmışdır. Klipin prezentasiyası 2000-ci il mayın 27-də Bakının "Tunnel" disko klubunda keçirilib.
Albomun buraxılışından sonra yaradıcılığına fasilə verib, Rusiyanın Moskva şəhərinə köçmüşdür.
Sonrakı illər 2007-ci ilin sentyabr ayında Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Elşad Xose saxlanılaraq, onun üzərindən 0,533 qram heroin aşkarlanmışdı. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə 2 aylıq müddətə həbs qətimkan tədbiri seçilib.
2011-ci il dekabr ayının 11-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və "İrəli" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Əfsanə geri dönür" şüarı altında "Leyli və Məcnun" hip-hop müziklının premyerası baş tutmuşdur. Tamaşada Leyli obrazını Natəvan Həbibi, Məcnunu Elşad Xose, Məcnunun atası rolunu Alim Qasımov, Leylinin atasını meyxanaçı Ağamirzə ifa ediblər.
Şəxsi həyatı 2010-cu ildə Azad Azərbaycan TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib.
2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə evlənmişdir. 2012-ci il sentyabrın 18-də cütlük ayrılmışdır. 2021-ci ilin dekabr ayında Lətifə adlı xanımla ailə qurub.
Həbs 2016-cı ildə E. Xose Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılmışdı və üzərindən 0,553 qram heroin götürülmüşdü. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılmışdı.
2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və E. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.
8 yanvar 2026-cı ildə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Diskoqrafiya Elşad Xosenin diskoqrafiyasına 7 studiya albomu daxildir.
Studiya albomları Ad İl Albomun üz qabığı Qeyd Jizn ne menyaetsa 2000 150px Canlı yayım 2002 150px Plagiat 2003 150px Hər atdığım addım 2004 150px İxlas 2005 150px Hip-Hop Namə 2008 150px İnsaf 2011 150px
Filmoqrafiya Mələyin öpüşü — Elxan
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan repçiləri