Loyxtenberqli Sergey Nikolayeviç ( ) — Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin nəvəsi, Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqının qurucusu.
1903-cü ildə Sankt-Peterburqda dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin oğlu Loyxtenberqli Nikolay Nikolayeviç, anası isə Mariya Nikolayevna Qrabbedir. 1917 Fevral inqilabının ardından cənub ordularının qurulmasında iştirak etdi və atası Nikolay Nikolayeviçin birliklərində vuruşdu. Ardından ailəsiylə birlikdə 1920-ci ildən etibarən Fransada yaşamağa başladı. Burada elektrik mühəndisliyi üzrə təhsil aldı. Ancaq musiqiyə olan marağı səbəbilə Paris və Leypsiqdə musiqi sahəsində çalışdı.
29 oktyabr 1925-ci ildə Nitsada Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Naumovun qızı Anna Aleksandrovna Naumova ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, 1938-ci ildə boşandılar.
Mariya Sergeyevna (1926-2005), 1949-cu ildə amerikalı musiqiçi Jozef Paskalla evləndi. Anna Sergeyevna (1928-), 1954-cü ildə Robert Stoutla evləndi. Olqa Sergeyevna (1931-2007), 1957-ci ildə Ronald Nyuburqla evləndi və 1968-ci ildə boşandılar. Nataliya Sergeyevna (1934-), 1968-ci ildə Malkolm Bouerslə evləndi.
İkinci evliliyi 17 aprel 1939-cu ildə İsveçrədə Kira Nikolayevna Volkova ilə baş tutdu. Övladı olmadı və 1942-ci ildə boşandılar.
Üçüncü dəfə 23 iyul 1945-ci ildə Olqa Sergeyevna Vikberqlə evləndi və bu nigahdan 2 övladı doğuldu.
Sergey Sergeyeviç (1955-2000) Yelizaveta Sergeyevna (1957-), 1975-ci ildə Con Kraftla evləndi.
Sürgündə hərbi təhsil aldı. Atasının 1928-ci ildə vəfatından sonra sürgündəki rus ailələrinin fəaliyyətində iştirak etdi. 1930-cu ildə Rusiya Həmrəyliklərinin Xalq Həmkarlar İttifaqının qurucularından biri və ilk sədri oldu.
İkinci Dünya müharibəsi illərində öncə IX alman ordusunda, ardından Amerika işğal qüvvələri üçün tərcüməçi kimi çalışdı. Leypsiq şəhərinin bolşeviklər tərəfindən ələ keçirilməsinin ardından ailəsini də yanına alaraq Münxenə köçdü. İkinci Dünya müharibəsinin ardından ABŞ-da məskunlaşdı və San-Fransiskodakı hərbi məktəblərin birində çalışdı. 1957-ci ildə ABŞ vətəndaşlığına keçdi. 1966-cı ildə Monterey, Kaliforniyada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Лейхтенбергские // БРЭ / С. Л. Кравец. — М.: БРЭ, 2011. — Т. 17. — С. 190. — 783 с. — 60 000 экз. — ISBN 978-5-85270-350-7 Prinz Adalbert von Bayern, Die Herzen der Leuchtenberg : Chronik einer napoleonisch-bayerisch-europäischen Familie, Munich, Neuausg, 1992, 384 p. ISBN 3-485-00665-3 Gérald Gouyé Martignac et Michel Sementéry, La descendance de Joséphine impératrice des Français, Paris, Christian, 1994, 225 p. ISBN 2-86496-058-3 Charles W. Fanning, Dukes of Leuchtenberg : A Genealogy of the Descendants of Eugene de Beauharnais, J.V. Poate, 1983, 106 p. ISBN 0-9500183-4-1
İstinadlar