Badenli Maksimilyan Aleksandr Fridrix Vilhelm (; ) — Badenli Vilhelmin oğlu, alman aristokrat və siyasətçi. 1918-ci ildə qısamüddətlik Almaniya kansleri və Prussiya baş naziri oldu.
1867-ci ildə Baden-Badendə dünyaya gəldi. Atası Böyük Baden hersoqu I Leopoldun oğlu Vilhelm, anası isə Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin qızı Mariya Maksimilyanovnadır. Adını ana-babası Maksimilyan de Boharnedən aldı. Leypsiq Universitetində hüquq təhsili aldı. Ardından orduda hərbi təlim-tərbiyə aldı. 1891-ci ildə Britaniya kraliçası Kraliça Viktoriya onu öz nəvəsi Hesseli Alikslə evləndirmək niyyətinə düşdü. Bu məqsədlə, onun Darmştadta gətirilməsini istədi. Ancaq çareviç Nikolayla eşq yaşayan Hesseli Aliks bu təklifi geri çevirdi. Üstəlik Maksimilyan homoseksual idi və 10 iyul 1900-cü ildə yalnız formal qaydada Hannoverli Mariya Luiza ilə evləndirildi. Cütlüyün bu nikahdan 2 övladı doğuldu.
Mariya Aleksandra (1902–1944) Bertold (1906–1963)
Əmisi I Fridrixin ölümündən sonra əmisinin oğlu II Fridrix 1907-ci ildə taxta çıxdı. Ancaq yeni hersoqun yetkinliyə çatan varisi olmadığı üçün Maksimilyan taxt vəliəhdi seçildi.
Birinci Dünya müharibəsinin başlamasının ardından orduya qatıldı və cəbhəyə yollandı. Alman imperatoru II Vilhelm tərəfindən 1918-ci ilin oktyabrında kansler təyin olundu. İlk vəzifəsi isə Antanta dövlətlərlə danışıqlara başlayıb atəşkəsi təmin etmək oldu. Ancaq cəmi 1 ay sonra II Vilhelmin taxtdan çəkilməsiylə onun da hökuməti istehfaya getdi.
1918 Alman inqilabının ardından Baden-Badenə qayıdan Maksimilyan qalan ömrünü burada yaşadı. Əmisi oğlu II Fridrixin ölümündən sonra 1928-ci ildə Baden ailə başçısı ünvanını aldı. Ancaq cəmi 1 il sonra Salemdə vəfat etdi.
Mənbə
Ədəbiyyat Jørgen Pedersen (2009). Riddere af Elefantordenen, 1559–2009 (in Danish). Syddansk Universitetsforlag. p. 463. ISBN 978-87-7674-434-2 Watt, Richard M. (2003). The kings depart : the tragedy of Germany : Versailles and the German revolution. London: Phoenix. ISBN 1-84212-658-X Haffner, Sebastian (2002). Die deutsche Revolution 1918/19 (German). Kindler. ISBN 3-463-40423-0 Lothar Machtan: Prinz Max von Baden: Der letzte Kanzler des Kaisers. Suhrkamp Verlag. Berlin 2013. ISBN 978-3-518-42407-0
İstinadlar
Kateqoriya:Prussiya baş nazirləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Almaniya monarxistləri