thumb|Polo köynəyi thumb|Lacoste tennis köynəyi Polo köynək — yaxalığı olan köynək növü. Polo köynəklər adətən qısaqollu olur, lakin uzunqollu variantları da mövcuddur. İlk dəfə 1859-cu ildə Britaniya Hindistanında polo oyunçuları tərəfindən istifadə edilmiş, 1920-ci illərdə isə Böyük Britaniyada geniş yayılmışdır.

Polo köynəklər adətən toxunmuş parça yox trikotaj pambıqdan hazırlanır. Ən çox istifadə olunan toxuma növü pike trikotajı daha az hallarda isə interlok trikotajıdır. İnterlok trikotajı tez-tez Pima pambığından hazırlanan polo köynəklərdə istifadə olunur. Polo köynəklər həmçinin ipək, yun, sintetik liflər və ya təbii və sintetik liflərin qarışığından da istehsal edilə bilər. Köynəyin don uzunluğunda olan variantı polo donu adlanır.

İstinadlar

Kateqoriya:1970-ci illərdə dəb Kateqoriya:1990-cı illərdə dəb Kateqoriya:2000-ci illərdə dəb Kateqoriya:Fransa ixtiraları Kateqoriya:İdman geyimləri Kateqoriya:Polo