thumb|Dieqo Maradonanın topu əli ilə Piter Şiltonun uzanmış qolunun üzərindən qapıya yönəltdiyi an. Tanrının əli () — 1986 FİFA Dünya Kubokunun dörddəbir finalında Argentinanın İngiltərə üzərində qələbəsi zamanı argentinalı futbolçu Dieqo Maradonanın vurduğu və qaydalara zidd olmasına baxmayaraq hesabı açan qoluna verilən ad. Qolun etibarlı sayılmasının səbəbi, matçın hakimlərindən heç birinin Maradonanın qolu sol əli ilə vurduğunu görməməsi idi. Bu qol Argentinanı dörddəbir final oyununda 1:0 hesabı ilə önə çıxardıqdan cəmi dörd dəqiqə sonra Maradona "Əsrin qolu" adlandırılan ikinci qolunu vurdu. Argentina oyunda 2:1 hesabı ilə qalib gəldi və daha sonra finalda da qalib gələrək tarixində ikinci dəfə Dünya Kubokunu qazandı.
Qolun adı Maradonanın onu qaydalara uyğun vurub-vurmadığı soruşulduqda verdiyi ilk cavabdan götürülmüşdür. O demişdi ki, qol "bir az Maradonanın başı ilə, bir az da Tanrının əli ilə" vurulub. Sonralar Maradona topa qəsdən əllə toxunduğunu etiraf edərək bildirmişdi ki, bu qolu Birləşmiş Krallığın 1982-ci il Folklend müharibəsində Argentinaya qalib gəlməsinin simvolik qisası hesab edir. Qol thumb|"Tanrının əli" qolunun vurulma anının ardıcıl təsvirləri Dörddəbir final oyununun ikinci hissəsinin altıncı dəqiqəsində Maradona topu cərimə meydançasından sol ayağı ilə çıxarıb komanda yoldaşı Xorxe Valdanoya ötürdü. Valdano bir neçə ingilis müdafiəçisini keçməyə çalışsa da, ingilislər topu qazandı və oyunçular arasında bir neçə dəfə ora-bura ötürdülər. Sonda ingilis yarımmüdafiəçisi Stiv Hoc tərəfindən İngiltərə qapısı istiqamətinə vuruldu.
Oyunçuların mövqeyinə görə Maradona ofsaydda qalacaqdı, lakin top rəqib oyunçudan gəldiyi üçün ofsayd qeydə alına bilməzdi. Maradona cərimə meydançasında tək qalmış vəziyyətdə aşağı enən top uğrunda özündən 20 sm hündür olan qapıçı Piter Şiltonla mübarizəyə girdi. Şilton sağ əlini uzadaraq irəli tullandı, Maradona isə sol qolunu irəli uzadaraq sıçradı. Başına yaxın qaldırdığı sol yumruğu topa Şiltondan əvvəl toxundu və top qapıçının üzərindən keçərək qol oldu. Maradona, hakim və yan hakimin qərarını təsdiqləyib-təsdiqləmədiklərini yoxlamaq üçün onlara yan gözlə baxaraq qolu qeyd etməyə başladı. Qol sayıldıqdan sonra isə onu tam şəkildə qeyd etdi.
Tunisli baş hakim Əli Bin Nasser əvvəlcə qolu saysa da, ingiltərəli futbolçuların etirazlarından sonra ikinci yan hakimlə məsləhətləşdi və yan hakim də qolun etibarlı olduğunu təsdiqlədi.
Maradona daha sonra öz avtobioqrafiyasında bunları yazmışdı:
Meksikalı fotoqraf Alexandro Oxeda Karbaxal həmin anı fotoşəkildə əbədiləşdirmişdir. Şəkildə Maradonanın qolu vurmazdan bir an əvvəl topa sol əli ilə toxunduğu açıq şəkildə görünür.
Etiraf 2005-ci ildə Maradona Argentinanın La Noche del 10 televiziya proqramında qolu əli ilə vurduğunu etiraf etdi. Dünyanın bir çox media orqanı Maradonanın bu etirafı barədə xəbər yayımladı."Maradona pide perdón por la 'Mano de Dios. El Mercurio. Peter Şilton isə üzrxahlığı qəbul etməyərək bunun artıq çox gec olduğunu bildirdi.
Simvolik məna 2019-cu ildə Asif Kapadianın rejissorluğu ilə çəkilmiş "Dieqo Maradona" sənədli filmində Maradona bu hadisəni dörd il əvvəl baş vermiş Folklend müharibəsi ilə əlaqələndirərək deyir:
2017-ci ildə İvan Lopes-Munis yazırdı ki, Argentinada "bütün xalq", o cümlədən hökumət və Argentina Futbol Assosiasiyası hələ də "videoya düşmüş ən açıq-aşkar saxtakarlıq aktını" tərifləyir. Onun fikrincə, bunun səbəbi qismən "argentinalılar da insandır, insanlar isə ikiüzlüdür", qismən isə Argentinanın Birləşmiş Krallığa qarşı uzun illər ərzində formalaşmış narazılıqlarıdır. Bunlara 1982-ci il Folklend müharibəsi, 1966-cı il Dünya Kubokunda Argentina kapitanı Antonio Rattinin İngiltərəyə qarşı oyunda meydandan qovulduqdan sonra İngiltərə millisinin baş məşqçisi Alf Ramseyin argentinalı futbolçuları "heyvanlar" adlandırması, Britaniyanın 1806 və 1807-ci illərdə Buenos Ayresə hücumları; həmçinin 1832-ci ildə Folklend adaları (argentinalıların Las Malvinas adlandırdığı adalar) üzərində suverenliyini yenidən bərqərar etməsi daxildir. (Link to Howler Magazine )
Digər futbol şərhçiləri isə bu qolu "viveza criolla"nın ("yerli zirəklik" və ya "yerli hiyləgərlik") fiziki təcəssümü adlandırmışlar. Bu fəlsəfə Cənubi Amerika ilə sıx əlaqələndirilir və məqsədə çatmaq üçün seçilən yol ədalətli olmasa belə, müəyyən dərəcədə ona haqq qazandırır.
Qeydlər
İstinadlar
Kateqoriya:1986 FİFA Dünya Kuboku Kateqoriya:1986-cı ildə futbol Kateqoriya:Argentinada futbol Kateqoriya:İngiltərədə futbol Kateqoriya:FIFA Dünya Kuboku mübahisələri Kateqoriya:22 iyun Kateqoriya:Argentina milli futbol komandası Kateqoriya:Beynəlxalq futbol oyunları Kateqoriya:Əl jestləri Kateqoriya:Futbol mədəniyyəti Kateqoriya:Futbol tarixi Kateqoriya:Futbol terminologiyası Kateqoriya:İngiltərə futbolu tarixi Kateqoriya:İngiltərə milli futbol komandası Kateqoriya:Möcüzələr