Şri Ramakrişna Paramahamsa (təvəllüd adı: Qadadhar Çattopadhyaya; ; ) — XIX əsrdə yaşamış məşhur hindistanlı hindu müqəddəs və mistiki. Ana ilahə Kaliyə olan dərin bağlılığı və Advayta-vedanta təlimindəki ustalığı ilə tanınan Ramakrişna, "bütün dinlərin mahiyyətcə eyni məqsədə (vahid həqiqətə) apardığını" təbliğ etmişdir.

Həyatı Ramakrişna Qərbi Benqaliyanın ucqar bir kəndi olan Kamarpukurda, yoxsul və dindar Brahman ailəsində anadan olmuşdur. 1855-ci ildə böyük qardaşı Ramkumarın Kəlküttə yaxınlığındakı Dakşineşvar Kali məbədində () baş keşiş təyin edilməsindən sonra o da bu məbədə gəlmiş və qardaşına kömək etməyə başlamışdır. 1856-cı ildə qardaşının qəfil vəfatından sonra məbədin baş keşişi vəzifəsini özü icra etmişdir. 1859-cu ildə ailəsinin istəyi ilə Saradamani Mukhopadhyaya (sonralar Sarada Devi kimi tanınan mistik yol yoldaşı) ilə evlənmişdir.

Spiritual axtarışları çərçivəsində o, ilk ciddi ezoterik təlimini Bhairavi Brahmani adlı qadın asketdən (əzabkeş) almışdır. Bhairavi ona Vayşnavizm bhaktisi və Tantra sirlərini öyrətmiş, 1863-cü ilə qədər onu tantrik rituallarla inisiye etmişdir. 1864-cü ildə quru Catadhari vasitəsilə Rama kultuna yönəlmiş və onun uşaqlıq təsvirinə meditasiya edərək vizual təcrübələr qazanmışdır.

1865-ci ildə səyyah zahid (sadhu) Totapuri (İşvar Totapuri) ilə tanış olmuş və onun rəhbərliyi altında dualist olmayan fəlsəfi cərəyan — Advayta-vedanta dərsləri almışdır. Ona "Paramahamsa" titulu məhz Totapuri tərəfindən verilmişdir.

Fərqli mənəvi yolları təcrübə etməyə maraqlı olan Ramakrişna 1866-cı ildə Govinda Roy adlı sufinin mürşidliyi ilə təsəvvüf və İslam ayinlərini təcrübə etmiş, ərəb libasları geyinərək namaz qılmış və zikr etmişdir. 1873-cü ildən etibarən isə bir neçə il ərzində Xristianlıq təlimləri, İsa Məsih və Bibliya ideyaları ilə dərindən maraqlanmışdır.

Ramakrişna 1886-cı ildə boğaz xərçəngi xəstəliyindən vəfat etmişdir. Onun işini və irsini sonradan ən məşhur tələbəsi olan Vivekananda bütün dünyada təbliğ etmişdir.

Təlimləri Ramakrişnanın Hindu ənənəsində "Nirvikalpa Samadhi" (subyekt və obyekt fərqinin itdiyi ən ali trans halı) adlanan mistik təcrübəsi onu müxtəlif dinlərin ilah anlayışlarının əslində eyni mütləq həqiqətin fərqli adları və təzahürləri olduğu qənaətinə gətirmişdir. Bu fəlsəfə qədim Riç Vedadakı "Həqiqət birdir, lakin müdriklər onu fərqli adlandırırlar" düsturu ilə tam üst-üstə düşür.

Onun fəlsəfəsinin əsas sütunları bunlardır: Varlığın və kosmosun vəhdəti İnsanın daxilindəki ilahi mahiyyət Dinlərin harmoniya və sülh içində uzlaşması Mənəvi inkişafa mane olan əsas iki maneə: Şəhvət və tamah (Benqal dilində: kamini və kançana)

Ramakrişnanın fikirləri və gündəlik söhbətləri onun sadiq müridi Mahendranat Qupta (ədəbi təxəllüsü "M") tərəfindən qeydə alınaraq, dünya dinlər və fəlsəfə tarixində mühüm yer tutan Şri Ramakrişnanın İncili () adlı fundamental əsərdə yığılmışdır.

Həmçinin bax Vivekananda Hinduizm Advayta-vedanta

İstinadlar

Biblioqrafiya

(reprint, orig. 1965)

Ədəbiyyat siyahısı

Xarici keçidlər

Kateqoriya:Benqal hindu müqəddəsləri Kateqoriya:Bhakti hərəkatı Kateqoriya:Hind filosoflar Kateqoriya:Hindistanlı hindu ruhani müəllimləri Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Britaniya Hindistanı Kateqoriya:Hindistan fəlsəfəsi Kateqoriya:Tantra Kateqoriya:Vedanta Kateqoriya:Hindu filosof və teoloqları Kateqoriya:Hindu filosofları Kateqoriya:Hindu mistiklər Kateqoriya:Hindu islahatçılar Kateqoriya:Müasir hind yoqa quruları Kateqoriya:Din filosofları Kateqoriya:Nondualizm Kateqoriya:Boğaz xərçəngindən vəfat edənlər Kateqoriya:Hindistanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Hindistan istiqlaliyyət hərəkatı