Hacı-Murad Müəddinoviç Donoqo (; ) — Dağıstanlı Qafqazşünas alim, professor, tarix elmləri doktoru, pedaqogika elmləri namizədi. O, XIX–XX əsrlər Şimali Qafqaz tarixi üzrə mütəxəssisdir və çox sayda tarixi kitabın və monoqrafiyanın müəllifidir. Donoqo «Axulqo» jurnalının redaktoru, Rusiya Jurnalistlər Birliyinin üzvü və Dağıstan Milli Muzeyinin direktorunun keçmiş müavini olub. Həyatı Hacı-Murad Donoqo 19 iyun 1960-cu ildə Mahaçqalada anadan olub. Əslən Çirkey kəndindəndir. 1999-cu ildə «İmam Şamilin şəxsiyyəti dağıstanlı məktəblilərin tərbiyə amili kimi» mövzusunda namizədlik dissertasiyasını, 2008-ci ildə isə «Nəcmuddin Qotsinski və XX əsrin birinci rübündə Dağıstanda ictimai-siyasi mübarizə» mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Dağıstan Dövlət Universitetinin (DDU) Sosial fakültəsinin "Dağıstan tarixi" kafedrasının professoru elmi adına sahibdir. Dağıstan Dövlət Universitetində ştatdankənar müəllim kimi fəaliyyət göstərib. Gənclərlə maarifləndirici söhbətlər aparır. "Novoye delo", "Hakikat" (Xarikat), "Daqestanskaya pravda" jurnal və qəzetləri üçün məqalələr yazıb. Özünə məxsus "gazavat.ru" tarixi internet saytını idarə edir.
2019-cu ildə siyasi məhbus, jurnalist Əbdülmumin Hacıyevə dəstək olaraq təkadamlıq piket keçirməsi ilə yadda qalıb.
Təqib olunması 2022-ci ildə "Xüsusi Təyinatlı Qüvvələrin Veteranları Assosiasiyası" təşkilatı tarixçi barəsində Dağıstan rəhbəri Sergey Məlikova şikayət ərizəsi yazdı. Onlar professoru "millətçilik, ekstremizm, separatizm, faşizmə bəraət qazandırmaq, nasistləri qəhrəmanlaşdırmaq" və digər əməllərdə ittiham edirdilər. Təşkilatın iddiasına görə, Donoqonun xüsusilə faktiki olaraq müstəqil olan İçkeriyaya səfərlər etməsi və orada "Çeçen separatizminin ideoloqları" ilə görüşməsi irad tutulurdu. Onu həmçinin Türkiyə, Gürcüstan və Azərbaycana səfər etməkdə də ittiham edirdilər. Təşkilatın bəyanatında bildirilirdi ki, tarixçi bu ölkələrdə "anti-Rusiya və separatist təşkilatların elmi konfranslarında iştirak edib". Bununla yanaşı, təşkilat Donoqonun I Pyotrun fəaliyyətinə, eləcə də Aleksey Yermolovun və Qafqazın işğalında iştirak etmiş digər generalların şəxsiyyətinə mənfi qiymət verməsindən narazı idi.
Bu donosdan (anonim şikayətdən) iki gün sonra Donoqonun çalışdığı muzeyin rəhbərliyi "yuxarıdan" gələn təzyiqlər səbəbindən ondan öz istəyi ilə işdən çıxmasını tələb etdi. Donoqo Dağıstan Daxili İşlər Nazirliyinin ekstremizmlə mübarizə şöbəsinə çağırıldı və onun sözlərinə görə, orada ona tarixlə bağlı əsərləri və mühazirələri barədə suallar verildi. Sosial şəbəkələrdə isə anonim hesablar vasitəsilə Hacı-Murad Donoqoya qarşı təqib və qaralama kampaniyası başladı.
Professorun özü bu cür repressiyaları tarixlə bağlı "rəsmi" baxış bucağı ilə üst-üstə düşməyən elmi-tarixi fəaliyyəti ilə əlaqələndirir. Onun fikrincə, bu, təşkilatın öz təşəbbüsü deyil, sadəcə bir "sifariş" idi. 30 noyabr 2022-ci ildə başqa bir regionun güc strukturları axtarış orderi ilə Donoqonun evinə gəliblər. Onun sözlərinə görə, ondan kompüter, telefon, fleş-kartlar, iki kisə kitab və qovluqlar müsadirə edilib. Daha sonra onu dindirilmək üçün şöbəyə aparıblar və orada Elmlər Akademiyası, universitet və digər müəssisələrin nümayəndə heyətlərinin tərkibində iştirak etdiyi beynəlxalq elmi konfranslar barədə sorğu-sual ediblər. Bu zaman güc strukturlarının nümayəndələri yalnız onun şəxsiyyəti ilə maraqlanıblar.
Tarixçi bu barədə belə yazır: "Mən əlaqə nömrələri olan telefonsuz və ən əsası, içində uzun illər boyu topladığım qiymətli tarixi materiallar və sənədlər olan kompütersiz qaldım. Bütün bunları ekspertizaya göndərdilər və əgər onlarda şübhəli heç nə tapmasalar, qaytaracaqlarını vəd etdilər, lakin buna inanmaq çətindir. Əgər hər hansı bir bəhanə tapsalar, görünür, həbs olunacağam".
2023-cü ilin yanvarında hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlanılmalı olan kitablar istisna olmaqla, müsadirə edilmiş bütün əşyaları geri qaytarıblar və Donoqodan üzr istəyiblər.
30 sentyabr 2023-cü ildə Mahaçqalada güc strukturlarının təzyiqi altında Donoqonun Dağlılar Respublikasının tarixinə həsr olunmuş mühazirəsi təxirə salınıb (yarımçıq qalıb). Elmi əsərləri
İstinadlar
Xarici keçidlər Силовики извинились перед Доного Источник: https://www.kavkaz-uzel.eu/articles/385135/ © Кавказский Узел об авторе - Хаджи-Мурад Муэддинович Доного https://www.gazavat.ru/
Kateqoriya:Professorlar