Mingəçevir kənd məscidi — Azərbaycanın Mingəçevir şəhərinin Mingəçevir kəndində yerləşən tarixi məsciddir.
Məscid 1990-cı ildə inşa edilmişdir. Burada fəaliyyət göstərən "Mingəçevir şəhəri Mingəçevir kəndi "Cümə" məscidi" dini icması 17 iyun 2010-cu ildə dövlət qeydiyyatına alınmış dini icmalardan biridir.
Tarixi Məscid 1990-cı ildə Mingəçevir şəhərinin yaxınlığında yerləşən Mingəçevir kəndində inşa edilmişdir. Məsciddə fəaliyyət göstərən "Mingəçevir şəhəri Mingəçevir kəndi "Cümə" məscidi" dini icması 17 iyun 2010-cu ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmışdır. İcma şəhərdə fəaliyyət göstərən rəsmi dini icmalardan biridir və dini-mənəvi maarifləndirmə tədbirlərində iştirak edir.
Mingəçevir kənd məscidi 2004-cü ildə əsaslı şəkildə təmir olunmuşdur.
Memarlıq üslubu Məscid düzbucaqlı plana malikdir. Dam örtüyü şiferdən hazırlanmışdır. Tikilinin iki giriş qapısı, bir ibadət zalı və üç düzbucaqlı formalı pəncərəsi vardır. Döşəmə və tavan taxtadandır, daxili divarlar qum-sement məhlulu ilə suvanaraq açıq-göy rəngə boyanmışdır. Məscidin dairəvi formalı minarəsinin hündürlüyü təxminən 10 metrdir. Görünüşünə görə ətraf kənd məscidlərindən ciddi şəkildə fərqlənmir.
Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mingəçevir şəhər məscidləri Kateqoriya:1990-cı ildə yarananlar Kateqoriya:Rayonlarına görə Azərbaycan məscidləri