Barron Uilliam Tramp (20 mart, 2006) — ABŞ-ın 45-ci və 47-ci Prezidenti Donald Trampın beşinci və ən kiçik övladı. Nyu-Yorkda anadan olan Barron atasının ilk prezidentlik dövründə siyasətdən kənar qalsa da, medianın diqqətini cəlb etmişdi. Həmin vaxt Tramp futbolla maraqlanırdı və yarımmüdafiəçi kimi "D.C. United" akademiyasının komandasına qoşulmuşdu.

Atası Ağ Evi tərk etdikdən sonra o, Floridaya köçdü və 2024-cü ildə Vest-Palm-Biç şəhərində yerləşən Oksbrid Akademiyasını bitirdi. Barrona 2024-cü ildə keçiriləcək Respublikaçılar Partiyasının Milli Qurultayında Floridadan nümayəndə kimi iştirak etmək təklif olunmuşdur, lakin o, bundan imtina etdi. Gənclər arasında Respublikaçıların səslərinin artması Barronun atasının kampaniyasına onlayn təsir göstərənlərlə əlaqə saxlamaq barədə verdiyi məsləhətlə əlaqələndirilir.

Həyatı və təhsili

Barron Uillyam Trump 2006-cı il martın 20-də Donald və Melanya Tramp-ın ailəsində dünyaya gəlib. O, alman, şotland və sloven əsillidir.Donald Trump’s Family Tree: All About His Parents, Siblings, Wives and Children Barron erkən illərini Nyu-Yorkun Manhetten bölgəsindəki "Trump Tower"da keçirib. Ailəsi Donald Trampın ilk prezidentlik dövrünə qədər burada yaşayıb. 2017-ci ilin yanvarında, atasının andiçmə mərasimindən sonra ailə Vaşinqtondakı Ağ Evə köçüb və Barron 2021-ci ildə Donald Trampın səlahiyyət müddəti başa çatana qədər orada yaşayıb. Sonradan Tramp ailəsinin əsas iqamətgahı Florida ştatının Palm-Biç şəhərindəki "Mar-a-Lago" malikanəsi oldu.

Barron Tramp 2015-ci ilin iyununda atasının prezidentlik kampaniyasının başlaması ilə əlaqəli tədbirdə iştirak etmişdi. Donald 2016-cı ilin noyabrında ABŞ Prezident seçildi. O vaxt Barron və Melaniya Tramp onun ictimai imici və təhsili ilə bağlı narahatlıqları səbəbindən seçkidən sonra altı ay müddətində Nyu-Yorkda qaldılar."Melania and Barron Trump Won't Immediately Move to White House". The New York Times. 2015-ci ilin sentyabrında *People* jurnalına verdiyi müsahibədə o, Vaşinqtona köçəcəyi təqdirdə dostlarını itirə biləcəyi ilə bağlı narahatlığını ifadə etmiçdir.Surprised about this whole Donald Trump thing? So, apparently, is his family". The Washington Post.

Atasının ilk andiçmə mərasimində Tramp anasının yanında əyləşmişdi.Inauguration of Donald Trump Barron Con F. Kennedinin oğlundan sonra Ağ Evdə yaşayan ilk prezident oğlu oldu.Barron Trump will be first son in White House since JFK Jr. O, 2017-ci ilin mayında sinif yoldaşlarını Ağ Evə dəvət etmişdir.Barron Trump takes classmates to meet the US President on White House tour Sentyabr ayında Merilend ştatının Potomak şəhərində yerləşən və anasının sözlərinə görə, "icmasının müxtəlifliyi və yüksək akademik standartlara sadiqliyi" ilə seçilən hazırlıq məktəbi — Sent-Endryu Yepiskopal Məktəbində təhsil almağa başladı.Trump’s Youngest Son to Attend Maryland Prep School

2020-ci il Prezident seçkilərindəki məğlubiyyətindən sonra Donald ailəsiylə Mar-a-Laqoya köçdü.From Commander in Chief to Interloper in Palm Beach Barron atasının ilk müddətindəki son çıxışında iştirak etməmişdir.Barron Trump Skipped His Father Donald Trump's Final Speech as President 2021-ci ilin avqustunda o, Florida ştatının Vest-Palm-Biç şəhərindəki "Oksbric Akademiyası"-da təhsilinə başladı.Barron Trump to attend exclusive school near Mar-a-Lago Barron 2022-ci ilə qədər ABŞ Gizli Xidmətin mühafizəsindən yararlanmaq hüququna malik idi.Trump extended Secret Service protection to his adult children and three top officials as he left office 2024-cü ilin may ayında Tramp Oksbric Akademiyasını bitirdi və həmin ilin sentyabrında Nyu-York Universitetinin Stern Biznes məktəbində təhsilinə başladı.Barron Tramp NYU-da təhsil alacaq.

Karyerası

Siyasətdə

Donald müsahibələrinin birində açıqlamışdı ki, Barron ona siyasi məsələlərlə bağlı məsləhətlər verir.Trump says son Barron advises him on politics: ‘He is a smart one’ Tanınmış siyasi icmaçı Molli Heminqueyin sözlərinə görə, Barron atasını 2020-ci ildəki debatından sonra Co Baydenə danışmağa imkan vermədiyi üçün tənqid edib. "The Wall Street Journal"ın məlumatına görə, 2024-cü ilin martında o, atası və biznesmenlər İlon Mask və Nelson Peltz ilə keçirilən görüşdə iştirak edib.Inside Donald Trump and Elon Musk’s Growing Alliance 2024-cü ilin may ayında Barron Trampa Respublikaçıların Milli Qurultayında (konkret konqres dairəsinə bağlı olmadan) Floridadan nümayəndə kimi iştirak etmək təklif olundu.Barron Trump Is Picked to Be Delegate at the Republican Convention Tramp əvvəlki öhdəliklərini əsas gətirərək dəvəti rədd etdi.Barron Trump declines to be RNC delegate because of ‘prior commitments’ ABC News Barron Trampı atasının video və audio çıxışlarını yayılması məsələləri üzrə müşaviri adlandırıb. Daha sonra Melanya Tramp onun gənc seçiciləri Donaldın tərəfinə çəkməkdə mühüm rol oynadığını bildirmişdir.Melania Trump Credits Barron Trump With Helping His Father Win O, atasının 2024-cü il prezident seçkilərindən sonra qələbə nitqini söylədiyi zaman,Новый портрет семейных ценностей Трампа eləcə də atasının ikinci inauqurasiya mərasimində iştirak etmişdi. The Timesda yazılanlara görə, onun iştirakı Trampa seçkilərdə qalib gəlməyə kömək etdi.

İctimai imici Melanya Tramp Donaldın siyasi karyerasının oğullarının həyatına mənfi təsir göstərməsinin qarşısını almağa çalışırdı.Melania and Barron Trump Won’t Immediately Move to White House Tramp administrasiyası Barronun "St. Andrey's Episkopal" məktəbində təhsil aldığı müddətdə diqqəti ondan yayındırmağa çalışırdı. Jurnalistlərin fikrincə Barrona qarşı yönələn tənqidlər ailəsinin onu Ağ Evdən daha uzaqda yerləşən məktəbə göndərmək qərarına gəlməsində rol oynamışdı. Məktəbdə təhsil aldığı müddətdə Trampın mühafizəsini Gizli xidmət həyata keçirirdi.Two Trump Children Escape the Traditional Spectacle as School Begins

2026-cı ilin fevralında Tramp ailənin digər üzvləri ilə birlikdə Prezidentin illik "Ölkənin vəziyyəti" (State of the Union) ilə bağlı tədbirdə iştirak etmişdir. Bu, onun atasının ikinci inauqurasiyasından bəri ilk ictimai çıxışı idi.

Şəxsi həyatı Anasının sloven əsilliBarron Trump enters political fray as an RNC delegate. Here’s what we know about youngest Trump olması səbəbindən Barron sloven dilində təmiz danışır, ABŞ və Sloveniya vətəndaşıdır, futbolla maraqlanır.

Həmçinin bax ABŞ prezidentlərinin ailələri

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ milyarderləri Kateqoriya:Tramp ailəsi Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ prezidentləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Prezidentlərin övladları