Ceffri Holl () – amerikalı genetik. Sirkadian ritmini idarə edən molekulyar mexanizmləri kəşf etdiklərinə görə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (2017il), (Maykl Rozbaş və Maykl Yanqla birlikdə).The 2017 Nobel Prize in Physiology or Medicine — Press release — NobelPrize.org. Дата обращения: 2 октября 2017. Архивировано 11 октября 2017 года.

Həyatı Ceffri Holl uşaqlığını Vaşinqton şəhərətrafı ərazilərində keçirib. 1963-cü ildə tibb təhsili almaq üçün Massaçusets ştatındakı Amherst Kollecinə daxil olub. Daha sonra genetika ilə maraqlanıb, meyvə milçəklərində rekombinasiya və translokasiya üzrə təcrübələr aparıb ki buda professorların diqqətini cəlb edib. Ona Vaşinqton Universitetinin genetika kafedrasında aspiranturada oxumaq tövsiyə olunub. Dissertasiyasını müdafiə etdikdən sonra Kaliforniya Texnologiya İnstitutunda Seymur Benzerin laboratoriyasında postdoktor kimi çalışıb. 1974-cü ildən Brandeys Universitetində çalışır. O, Men Universitetində bir neçə uzunmüddətli ezamiyyətdə olub.

Elmi nailiyyətləri Kollecdən sonra C. Holl drozofil biologiyası ilə maraqlanırdı. Onun ilk müəllimi genetik Alfred Sturtevantın tələbəsi olan Filip Ayvs idi. Ayvs Holla bu model orqanizmlə işləməyin incəliklərini öyrətdi. Drozofil biologiyasının klassik və molekulyar genetikasının öyrənilməsi ilə başlayan Holl tədricən neyrogenetikaya keçərək bu həşəratların cinsi davranışının və bioloji ritmlərinin genetik əsaslarını, eləcə də qarşılıqlı təsirlərini araşdırırdı. 1984-cü ildə C. Hall və həmkarları sirkadian ritmlərini pozan dövr genini təcrid etdilər. Bu mutasiyalar o dövrdə məlum olmayan bir zülalı kodlaşdırırdı. Ceffri Holl və Maykl Rosbaş, bu genin kodladığı PER zülalının digər zülallarla qarşılıqlı təsirini öyrənərək, gecə vaxtı toplandığını və gündüz vaxtı parçalandığını aşkar etdilər. Beləliklə, PER zülal səviyyələri gün ərzində sirkadian ritmlə sinxron şəkildə dəyişir. Alimlər sübut etdilər ki, inhibitor vasitəsilə zülal öz sintezinə müdaxilə edə bilər və beləliklə, davamlı tsiklik ritmdə öz səviyyəsini tənzimləyə bilər.

Mükafatları 2003-cü ildə — Milli Elmlər Akademiyasının üzvü.

2009-cu ildə — Qruber mükafatı.

2011-ci ildə — Luiza Qross Horvitz mükafatı.

2012-ci ildə — Messri mükafatı.

2012-ci ildə — Qeyrdner Beynəlxalq mükafatı.

2013-cü ildə — Şao mükafatı.

2013-cü ildə — Uayli mükafatı.

2017-ci ildə — Fiziologiya və ya Tibb üzrə Nobel mükafatı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ genetikləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:XX əsr həkimləri Kateqoriya:Amerikalılar Kateqoriya:Nyu-York şəxsləri