Niderlandlı Sofiya (; ) — II Niderland kralı II Vilhelmin qızı, Böyük Saksoniya-Veymar-Eisenax hersoginyası.

1824-cü ildə Haaqada dünyaya gəldi. Atası I Niderland kralı I Vilhelmin oğlu və varisi Şahzadə Vilhelm, anası isə rus çarı I Pavelin qızı Anna Pavlovnadır. Doğulduğu əsnada babası hələ də taxtda idi. Ailənin yeganə qız övladı idi və gələcəkdə uğurlu bir evliliyi olması üçün saray daxilində mükəmməl təlim-tərbiyə aldı.

1840-cı ildə babası taxtdan çəkilməyə məcbur oldu və atası II Vilhelm adıyla taxta çıxdı. İlk iş olaraq Şahzadə Sofiya üçün uyğun bəy namizədləri axtarıldı. Ancaq çirkinliyin ilə məşhurlaşan bu qızcığaza bəy namizədi tapmaq heç asan olmadı. Beləcə, nisbətən aşağı ünvanlı bir şahzadə tapıldı. 8 oktyabr 1842-ci ildə Haaqada Böyük Saksoniya-Veymar-Eisenax hersoqu Karl Frederikin oğlu və varisi Şahzadə Karl Aleksandrla evləndirildi. Üstəlik seçilmiş bəy namizədi onun xalası oğlu idi və hər ikisi də rus çarı I Pavelin nəvələri idi. Cütlüyün bu nigahdan 4 övladı doğulsa da, bunlardan biri yetkinlik yaşına çata bilmədi.

Karl Avqust (1844-1894) Mariya Aleksandrina (1849-1922) Mariya Anna (1851-1859) Yelizaveta Sibilya (1854-1908)

Atasının qısa səltənətinin ardından 1849-cu ildə böyük qardaşı III Vilhelm taxta çıxdı. Qaynatasının vəfatının ardından isə ərinin taxta çıxmasıyla Böyük Saksoniya-Veymar-Eisenax hersoginyası ünvanını aldı. Onunla eyni dönəmdə yaşayanların xatirələrinə görə, heç də gözəl olmayan Şahzadə Sofiya bu eyibini örtmək üçün həddindən çox cəvahiratdan istifadə edirdi.

Böyük qardaşları Aleksandr və Henrinin, eləcə də taxtdakı qardaşı III Vilhelmin hər 3 oğlunun vəfatı səbəbilə, taxt sırasında ikinci yerə yüksəldi. Qardaşı III Vilhelmin 1890-cı ildə vəfatından sonra yeganə qızı Vilhelmina taxta çıxarıldı və bibisi Şahzadə Sofiya taxtın varisi oldu. Ölümünədək bu ünvanı daşıdı. 1897-ci ildə Veymarda vəfat etdi.

Mənbə

Ədəbiyyat

Grewolls, Grete (2011): Wer war wer in Mecklenburg und Vorpommern. Das Personenlexikon. Rostock: Hinstorff Verlag. p. 2460. ISBN 9783356013016 Huberty, Michel; Alain Giraud; F. B. Magdelaine (1945). L'Allemagne Dynastique, Tome VI : Bade-Mecklembourg. A. Giraud. pp. 239, 240. ISBN 978-2-901138-06-8 Coppens, Thera (2011). Sophie in Weimar: Een prinses van Oranje in Duitsland [Sophie in Weimar: A Princess of Orange in Germany.] (in Dutch). Meulenhoff. ISBN 9789029087438

İstinadlar