Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi — Azərbaycanın Yaponiya dövlətində diplomatik nümayəndəliyi. Səfirlik Azərbaycan Respublikasının rəsmi nümayəndəliyi olaraq Azərbaycanla Yaponiya arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Azərbaycanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını Yaponiyada təmsil edir.
Azərbaycanla Yaponiya Birləşmiş Millətlər Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir.
2025-ci ildən Azərbaycanın Yaponiyada fövqaladə və səlahiyyətli səfiri Fərid Talıbovdur.
Haqqında
Diplomatik əlaqələri Yaponiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur (28 dekabr 1991).Дипломатические отношения.
Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulmuşdur.
Yaponiyanın Bakıdakı səfirliyi 2000-ci il yanvarın 21-dən fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Yaponiyada səfirliyi 2002-ci il oktyabrın 1-də təsis edilib.
Parlamentlərarası əlaqələri Azərbaycan Milli Məclisində Yaponiya ilə əlaqələr üzrə ikitərəfli işçi qrupu yaradılıb.
Yaponiya parlamentində Azərbaycan - Yaponiya əlaqələri üzrə işçi qrupu fəaliyyət göstərir.
Səfirlər Səfir Müddət başlanğıcı Müddətin sonu Azər Hüseyn 20052011Gürsel İsmayılzadə 16 avqust 2011G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı27 oktyabr 2025G.Q.İsmayılzadənin Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Fərid Talıbov 27 oktyabr 2025
Viza Yaponiya ümumvətəndaş pasportuna malik vətəndaşlara 2026-cı il iyulun 1-dən 2027-ci ilin iyulun 1-dək Azərbaycana turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.
Yaponiyaya səyahət etmək istəyən Azərbaycan vətəndaşları Yaponiya səfirliyinə müraciyyət etməli və tələb olunan sənədləri səyahətin məqsədinə (turizm, təhsil, ailə ziyarəti və s.) görə təqdim etməlidir.
Tələb olinan sənədlər 4.5x4.5 ölçüdə biometrik şəkil Xarici pasport və surəti Bank arayışı və bank kartından çıxarış Yaponiyaya səyahət üçün maliyyə vəziyyətinin sabit olduğunu göstərən sənəd. Aviabilet, səyahət planı və otel rezervasiyasının sənədi Şəxsiyyət vəsiqəsinin surəti
İstinadlar
Xarici keçidlər Azərbaycanın Yaponiyadakı Səfirliyi Yaponiyanın Azərbaycandakı Səfirliyi
Kateqoriya:Azərbaycandakı diplomatik nümayəndəliklər Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Yaponiyanın xarici siyasəti Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Yaponiya münasibətləri Kateqoriya:Yaponiyanın Azərbaycandakı səfirləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Yaponiyanın ikitərəfli əlaqələri Kateqoriya:Yaponiya