Anis Bəsim Mücahid (; ), daha çox sadəcə Bəsim kimi tanınır — mərakeşmənşəli Danimarka pop müğənnisi və mahnı müəllifi. İfaçı 2008-ci ildə "Alt det jeg ville have sagt" və 2009-cu ildə "Befri dig selv" adlı iki albom buraxmışdır. Bəsim 2014 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın Kopenhagen şəhərində keçirilən ev sahibi yarışmasında ölkəsini "Cliche Love Song" mahnısı ilə təmsil etmişdir. Növbəti il o, Avroviziyada Danimarkanın səsvermə nəticələrini elan edən rəsmi şəxs olmuşdur.
Karyerası
"The X Factor" və "Alt det jeg ville have sagt" Sənətçi 15 yaşında olan zaman 2008-ci ildə "The X Factor" istedad şousunda iştirak etmiş və layihədən kənarlaşdırılana qədər dörddəbir final mərhələsinə qədər yüksəlmişdir. Müsabiqədən sonra, 2008-ci ildə Bəsim "Alt det jeg ville have sagt" () adlı debüt albomunu buraxmışdır. Albomun hazırlanması prosesində o, Danimarkanın "X Factor" münsifi Reme ilə əməkdaşlıq etmiş və ölkə daxilində qastrol səfərinə çıxmışdır. Albom Danimarka albom siyahılarında 8-ci yerə yüksələrək qızıl sertifikat qazanmışdır. Bu albomdan "Alt det jeg ville have sagt", "Jeg vil" və "Baby, jeg savner dig" adlı üç sinql təqdim olunmuşdur.
"X Factor" ifaları
Seriya Mövzu Mahnı Sənətkar Nəticə Dinləmə Azad seçim "I Believe I Can Fly" R. Kelly Düşərgədən keçid (1-ci gün) Düşərgə (1-ci gün) Azad seçim Düşərgədən keçid (2-ci gün) Düşərgə (2-ci gün) Azad seçim "I Believe I Can Fly" R. Kelly Birbaşa efirlərdən keçid Live show 1 Hits from the Tjeklist "Du Kan Gøre Hvad Du Vil" Kristian Brons Təhlükəsiz Live show 2 FilmHits "You Are the Music in Me" Zak Efron və Vanessa Hacens Təhlükəsiz 3-cü birbaşa efir Disko "Celebration" Kool & the Gang Təhlükəsiz 4-cü birbaşa efir Sing Danish "Tænder på dig" Yakob Sveystrup Safe 5-ci birbaşa efir BigBand "Can't Take My Eyes Off You" Frenki Valli Sondan ikinci 6-cı birbaşa efir Ann Linnet "Glor på Vinduer" Ann Linnet Kənarlaşdırılmışdır (4-cü) Elvis Presley "Always on My Mind" Elvis Presli
"Befri dig selv" və realiti-şoular 2009-cu ilin oktyabrında musiqiçi "Befri dig selv" () adlı ikinci albomunu işıq üzü görmüşdür. Danimarka albom siyahılarında 21-ci yerə çatan bu albomdan "Lad ikke solen gå ned" (Danimarka sinql siyahısında 15-ci yerə yüksəlmişdir) və albomla eyni adı daşıyan "Befri dig selv" sinqlları buraxılmışdır. Bəsim, həmçinin "Dancing with the Stars" layihəsinin Danimarka versiyası olan "Vild med dans" yarışmasının 2009-cu il buraxılışında iştirak etmiş, burada Klaudiya Reks ilə rəqs edərək müsabiqəni 9-cu sırada tamamlamışdır. O, həmçinin 2010-cu ildə "Wipeout" şousunun Skandinaviya versiyasında da qüvvəsini sınamış, lakin təsnifat mərhələsini keçə bilməmişdir.
Avroviziya Mahnı Müsabiqəsi 8 mart 2014-cü ildə Bəsim "Cliche Love Song" mahnısı ilə Danimarkanın Avroviziya üçün seçim turu olan "Dansk Melodi Grand Prix 2014" yarışmasının qalibi olmuşdur. Bəsim 2014 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın rəsmi təmsilçisi olmuşdur. O, final mərhələsində 23-cü nömrə altında çıxış etmiş və yekunda 74 xalla 9-cu yeri tutmuşdur. Növbəti il Bəsim Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində Danimarkanın səslərini açıqlamışdır. İfaçı "Johnny" mahnısı ilə "Dansk Melodi Grand Prix 2024" yarışmasının iştirakçılarından biri olmuş, lakin superfinalda 2-ci yeri tutmuşdur.
Şəxsi həyatı Bəsim Əbdül Mücahid və rəfiqəsi Zöhrənin övladıdır. Onun atası Əbdül xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bəsimin "Alt det jeg ville have sagt" albomunda yer alan "Himlen Har Alt For Mange Engle" () adlı kompozisiyası 2012-ci ildə vəfat edən atasına həsr olunmuşdur.
Bəsimin böyük qardaşı Nabil Mücahid 2010-cu ildə Danimarka "X Factor" şousunun üçüncü mövsümündə "In-Joy" qrupunun tərkibində iştirak etmişdir. Essi, Yannik və Kevin ilə birlikdə dörd nəfərdən ibarət olan bu kollektiv layihənin doqquz finalçısından biri olmağı bacarmışdır. Bununla belə, "In-Joy" qrupu canlı yayımların ikinci həftəsinin sonunda yarışı tərk edərək ümumi nəticədə səkkizinci yeri tutmuşdur.
Diskoqrafiya
Studiya albomları Başlıq Təfərrüatlar Pik çart mövqeyi DEN Alt det jeg ville have sagt Buraxılış tarixi: 13 oktyabr 2008 Leybl: Universal Format: Rəqəmsal yükləmə, CD 8 Befri dig selv Buraxılış tarixi: 19 oktyabr 2009 Leybl: Universal Format: Rəqəmsal yükləmə, CD 21
EP-lər Başlıq Təfərrüatlar Qeydlər 5 (EP) Buraxılış tarixi: 8 fevral 2013 Leybl: Sony Music Entertainment Format: Rəqəmsal yükləmə, CD
Sinqllar Sinql İl Pik çart mövqeyi Albom DENPeak chart positions in Denmark: For the other songs: For "Du gør det godt": AUT BE(Fl)Tip BEL(Wa)Tip GER IRE NL SWE SWI UK "Alt det jeg ville have sagt" 2008 34 — — — — — — — — — Alt det jeg ville have sagt "Jeg vil" 26 — — — — — — — — — "Baby, jeg savner dig" 2009 — — — — — — — — — — "Befri dig selv" — — — — — — — — — — Befri dig selv "Lad ikke solen gå ned"(Lis Sorensen) 15 — — — — — — — — — "Ta' mig tilbage" 2011 30 — — — — — — — — — rowspan="1" "Cliche Love Song" 2014 2 37 68 46 50 38 71 9 55 46 Melodi Grand Prix 2014 "Picture in a Frame" — — — — — — — — — — rowspan="9" "Kostbar" 2015 — — — — — — — — — — "Comme ci comme ça"(featuring Gilli) 2017 2 — — — — — — — — — "Aji Aji" 6 — — — — — — — — — "Tilfældigt"(Benny Jamz) 2018 7 — — — — — — — — — "Tanker" 32 — — — — — — — — — "Umuligt" — — — — — — — — — — "Lov mig" 2019 — — — — — — — — — — "La historia" — — — — — — — — — — "Du gør det godt"(Johnson və Hedegaard) 2021 22 — — — — — — — — — Paradise Hotel 2021 "Versace badekåber"(Skinz ilə) 2022 — — — — — — — — — — rowspan="4" "Det er mig der står herude og banker på" — — — — — — — — — — "Bye Bye"($hybxi) — — — — — — — — — — "Hvem er de?!"(Jimilian) — — — — — — — — — — "Johnny" 2024 — — — — — — — — — — Melodi Grand Prix 2024 "—" siyahıya daxil olmayan və ya buraxılmamış sinqlı ifadə edir.
Musiqi videoların İl Başlıq İstinad 2008 "Jeg vil" 2009 "Befri dig selv" 2011 "Ta' mig tilbage"
İstinadlar
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Danimarka müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri