Keti Qarbi () və ya əsl adı ilə Ekaterini Qarbi (; ) — Yunanıstan müğənnisi.

Həyatı Ekaterini 8 iyun 1961-ci ildə Afina şəhərində dünyaya göz açmışdır. Musiqi karyerasına on beş yaşında ikən, özündən iki yaş kiçik bacısı Liana ilə birlikdə "Qarbi bacıları" qrupunun tərkibində başlamışdır. Bacıların yaşının az olması səbəbindən ataları əvvəlcə onların çalışmasına qarşı çıxsa da, istedadlarının vəd etdiyi parlaq gələcəyin qarşısını kəsməmişdir. "Sörslər Qarbi" kollektivi Yannis Floriniotis ilə olan yaradıcılıq əməkdaşlığı ilə tanınmışdır.

Daha sonra Keti duet fəaliyyətinə son qoyaraq hitə çevrilən ilk solo sinqlı "Sain Trope"u lentə aldırmışdır. 1987-ci ildə o, Manto, Polina, Sofiya Vassu və Lavrentis Maxeritsas kimi gənc ifaçılarla birlikdə "Ta Deka Dekaria" adlı musiqi toplusunda yer almışdır. Böyük uğur qazanan bu albomun 1989-cu ildə ikinci hissəsi işıq üzü görmüşdür. Bu buraxılışda Qarbinin ifasında "Αχ, αυτό μ' αρέσει" () və "Ζω να σ' αγαπώ" () adlı iki kompozisiya təqdim olunmuşdur. Sözügedən mahnılar "CBS Records" səsyazma şirkətinin nümayəndələrinin diqqətini cəlb etmiş, nəticədə müğənni leybl ilə müqavilə imzalayaraq "Prova" adlı debüt albomunu buraxmışdır. Bunun ardınca, 1990-cı ildə "Gyalia Karfia" (), 1991-ci ildə isə "Entalma Silepseos" () albomları təqdim edilmişdir. 1993-cü ildə ifaçı "Ellada, Hora Tou Fotos" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində Yunanıstanı təmsil etmiş və doqquzuncu yeri tutmuşdur. Bu uğurun ardınca Keti Qarbi 1993-cü ildə platin sertifikat qazanan "Os Ton Paradeiso" (), 1994-cü ildə isə ikiqat platin statusu alan "Atofio Hrysafi" () albomlarını işıq üzü görmüşdür. Sənətçinin 1996-cı ildə buraxılan növbəti albomu "Arhizo Polemo" () daha böyük müvəffəqiyyət qazanaraq üçqat platin sertifikatına layiq görülmüşdür. Bəstəkar Fivos tərəfindən ərsəyə gətirilən və müğənninin səkkizinci studiya albomu olan "Evaisthisies" () layihəsi də eyni uğuru təkrarlamışdır.

İfaçının ən çox satılan albomu 2000-ci ildə işıq üzü görən və dördqat platin sertifikat qazanan, "To Kati" () adlı on birinci studiya albomu olmuşdur.

İyirmi ildən artıq davam edən musiqi karyerası ərzində Keti Qarbi Yunanıstanın ən uğurlu qadın sənətkarlarından birinə çevrilmişdir.

2 oktyabr 2020-ci ildə Keti Qarbinin "Panik Platinum" leyblı vasitəsilə söz və musiqisi Fivosa aid olan "Σ' όποιον αρέσω" adlı yeni mahnısı təqdim edilmişdir. Bu kompozisiya, tərəflərin 2019-cu ildəki yaradıcılıq birliyindən sonra bəstəkarın imzasını daşıyan üçüncü iş olmuşdur. 15 oktyabr tarixində Yorgos Qavalosun rejissorluğu ilə mahnıya çəkilən videoklip nümayiş olunmuşdur. Disriminasiyanın bütün formalarına qarşı sosial mesaj xarakteri daşıyan videoçarx "Hamı fərqlidir. Hamı bərabərdir" şüarı ilə başa çatır.

Diskoqrafiya «Αδελφές Γαρμπή» tərkibində 1975 — Τρίξαμε Τα Δόντια

Studiya albomları 1989 — Πρόβα 1990 — Γυαλιά Καρφιά 1991 — Ένταλμα Συλλήψεως 1992 — Του Φεγγαριού Αναπνοές 1993 — Ως Τον Παράδεισο 1994 — Ατόφιο Χρυσάφι 1996 — Αρχίζω Πόλεμο 1997 — Ευαισθησίες 1998 — Χριστούγεννα Με Την Καίτη 1999 — Δώρο Θεού 2000 — Το Κάτι 2001 — Απλά Τα Πράγματα 2002 — Μια Καρδιά 2003 — Έμμονες Ιδέες 2004 — Γαλάζιο Και Λευκό + Remixes 2005 — Έχω Στα Μάτια Ουρανό 2006 — Πώς Αλλάζει Ο Καιρός 2008 — Καινούργια Εγώ2011 — Παζλ2012 — Buona Vita2013 — Περίεργες Μέρες2017 — Σπάσε Τους ΔείκτεςAlbomlar toplusu 1987 — Τα 10 Δεκάρια2008 — Οι Μεγαλύτερες Επιτυχίες2013 — Από Καρδιάς (Διπλό best of album)

Konsert topluları 2007 — 18 Χρόνια Live2020 — 30 Χρόνια Καίτη Γαρμπή (Κατράκειο Θέατρο)

Sinqllar 2015 — Να Μου Μιλάς Στον Ενικό2015 — Ελεύθερη2015 — Κοίτα Σ Αγαπάω2015 — Την καρδιά σου ρώτα2016 — Disko Partizani 2016 — Σαββατόβραδο2016 — Αύριο2019 — Ήλιος Δε Βγαίνει Αν Δεν Πεις Καλημέρα2019 — Κορμιά Χαμένα2020 — Σ' Όποιον Αρέσω2021 — Άμα Φύγω Duetlər

1992 «Έρωτα Μου, Έρωτα Μου» 1994 «Στιγμές» 1995 «Ζήσαμε» 1997 «'Η πατρίδα μου» 1997 «Ασυμφωνία Χαρακτήρων» 2000 «Καλύτερα οι δυο μας» 2000 «Επιτέλους» 2001 «Τι Θέλουνε Τα Μάτια Σου» 2003 «Θα μείνει μεταξύ μας» 2003 «Πόσο θα 'θέλα» 2003 «Άδικο και κρίμα» 2003 «Εμείς» 2005 «Spaciba Baby» 2006 «Ισόβιος Δεσμός» 2007 «Τούλι για το Χριστούλη» 2008 «Καινούρια εγώ» 2012 «Buona Vita» 2013 «Δείξε Μου» 2013 «Ιεροσυλία» – (MAD VMA 2013 by Vodafone) 2014 «Να σε ζηλεύουν πιο καλά» 2015 «Φουντώνω Και Λυγίζω» 2015 «Κοίτα Σ' Αγαπάω» 2017 «Ούτε Λέξη» 2017 «Ζηλιάρης Ουράνος» 2019 «Θα μελαγχολήσω» 2020 «Κιβωτός» (2020 Version) 2021 «Ατόφιο Χρυσάφι» 2022 «Τρυφερότητα» 2022 «Όλα Στα Καταλογίζω»

DVD disklər

2002 — The Video Collection''

İstinadlar

Kateqoriya:Yunanıstan müğənniləri Kateqoriya:Yunanıstanın "Avroviziya" təmsilçiləri