Alisiya Mariya Şemplinskaya (; ) — Alisiya adı ilə tanınan Polşalı müğənni. O, 2019-cu ildə "Polşanın Səsi" (The Voice of Poland) müsabiqəsinin 10-cu mövsümünün qalibi olub. 2020-ci ildə Polşada "Empires" mahnısı ilə "Szansa na sukces" adlı Avroviziya milli seçim turunun qalibi seçilib və bu mahnı ilə 14 may 2020-ci ildə Rotterdamda keçirilməsi planlaşdırılan "2020 Avroviziya Mahnı Müsabiqəsi" müsabiqəsində çıxış etməli idi. Lakin COVID-19 pandemiyası səbəbindən müsabiqə ləğv edilib.
2026-cı ildə isə "Pray" mahnısı ilə "Finał krajowych kwalifikacji" adlı Avroviziya milli seçim turunda qələbə qazanaraq Vyanada keçirilən "2026 Avroviziya Mahnı Müsabiqəsi"ində Polşanın təmsilçisi olub. Şemplinskaya müsabiqənin finalında 150 xal toplayaraq 12-ci yeri tutub.
Həyatı Alisiya Şemplinskaya 29 aprel 2002-ci ildə Sexanuv şəhərində İzabela Nadratovska və Radoslav Şemplinskinin ailəsində anadan olub. Onun özündən kiçik Aleksandra adlı bir bacısı var. Uşaqlıq illərində Sexanuvda Mariya Konopniska adına Rayon Mədəniyyət və İncəsənət Mərkəzində vokal dərslərinə gedib və kilsə xorunda oxuyub, həmçinin ümumrepublika vokal müsabiqələrində, festivallarda və baxışlarda iştirak edib. 12 yaşında peşəkar musiqi dərslərinə yazılıb. Çexanovda Zıqmunt Krasinski adına 1 nömrəli Ümumi Təhsil Liseyində təhsil alıb.
Karyerası 2016-cı ildə TVP1 kanalında yayımlanan "Hit, Hit, Hurra!" əyləncəli proqramının finalında qalib gəlib və mükafat olaraq Set Riqsdən (Seth Riggs) müğənni dərsləri almaq üçün dəvət qazanıb. 2019-cu ildə Tomson və Baronun rəhbərlik etdiyi komandanın üzvü kimi TVP2 kanalında yayımlanan "The Voice of Poland" (Polşanın Səsi) əyləncəli şousunun 10-cu mövsümünün finalında qələbə qazanıb. Mükafat olaraq 50 min zloti dəyərində çek əldə edib və "Universal Music Polska" səsyazma studiyası ilə müqavilə imzalayıb. Proqramdan sonra özünün debüt sinqlı olan "Prawie my" mahnısına klip buraxıb və bu klip premyeradan sonrakı 10 gün ərzində YouTube-da 1 milyondan çox baxış sayı toplayıb.
Alisiya Şemplinskaya 2019-cu ildə "Polşanın Səsi" (The Voice of Poland) müsabiqəsinin 10-cu mövsümünün qalibi olub.
Avroviziya Mahnı Müsabiqəsi 2020 Növbəti il "Empires" mahnısı ilə Polşanın Avroviziya üçün milli seçim turu olan "Szansa na sukces" yarışmasında qələbə qazanıb. O, bu mahnı ilə 14 may 2020-ci ildə Rotterdamda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ikinci yarımfinalında çıxış etməli olub. Lakin 18 mart 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən müsabiqə ləğv edilib. Alitsiya "Avroviziya-2021"də Polşanı təmsil etmək istədiyini bildirsə də, yekunda yenidən ölkəni təmsil etmək üçün o yox, Rafal Bjozovski seçilib. 2023 Alisiya Şemplinskaya 2023-cü ilin əvvəlində, 2020-ci ildəki qələbəsindən sonra ilk dəfə olaraq, Farrah Quenena və Kloe Martini ilə birlikdə yazdığı yeni "New Home" mahnısı ilə yenidən Polşanın milli seçim turuna qayıdıb. Mahnı finalda ümumilikdə 10 xal toplayaraq 6-cı yeri tutub. 2026 Daha sonra "Pray" mahnısı ilə Alisiya Şemplinskaya Polşanın milli seçim turunda növbəti dəfə qalib gələrək "Avroviziya-2026" müsabiqəsində Polşanı təmsil etmək hüququ qazanıb. Polşa San-Marinonun çıxışından sonra və Serbiya təmsilçisindən əvvəl 14-cü nömrə altında səhnəyə çıxıb. Şounun sonunda ölkənin finala vəsiqə qazandığı elan olunub. Püşkatmanın nəticəsinə əsasən, Polşa finalın ikinci hissəsində çıxış edib. O, müsabiqədə 150 xal toplayaraq 12-ci yeri tutub.
Diskoqrafiya Studiya albomları Nie Wracam (2024) Sinqllər
"Prawie my" (2019) "Empires" (2020) "Gdzieś" (2020) "Pusto" (2020) "Kolęda dla nieobecnych" (2020) "Na pamięć" (2020) "Growing Up" (2021) "Ej, stop!" (2021) "Spójrz" (2021) "IDK" (2022) "Movin' On" (2022) "W moim garażu" (2022) "Sekret" (2022) "Stick Together" (2022) "New Home" (2023) "Ostatni dzień lata" (2023) "Stój" (2023) "Zaczekam" (2023) "Spokojnie Panowie" (2024) "Nie wracam" (2024) "Za dużo łez" (2024) "W co ty dziś grasz?" (2024) "Pray" (2026)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Polşa müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri