Ləman Cavad Tomsu (; ) — türk memar və alimi.

Türkiyədə memarlıq diplomu alan ilk iki qadından biri (digəri Münəvvər Bələn Gözələr) və İstanbul Memarlar Odasına üzv olan ilk qadın memar kimi Türkiyə memarlıq tarixində mühüm yer tutub.

Həyat və fəaliyyəti Ləman Cavad 1913-cü ildə Osmanlı imperiyasında, Kayseri şəhərində anadan olub. Atası Tavlusun kəndindən Mustafa Cavad bəy olub. Ailənin soyadı Tavlusun kənd meydanının adı olan "Tomsu" sözündən götürülüb.

Beş yaşından Ərənköy Qız Liseyinə qiyabi təhsil almağa başlayan Tomsu, ibtidai və orta təhsilini bu məktəbdə başa vurub. O, 1930-cu ildə Gözəl Sənətlər Akademiyasına daxil olub. 1934-cü ildə təhsilini tamamlayaraq 472 nömrəli diplomun sahibi memar kimi məzun olub.

Ləman Cavad Tomsu İstanbul Memarlar Odasında 499 nömrəli üzvlüklə qeydiyyatdan keçib. Peşə fəaliyyətinə İstanbul Böyükşəhər Bələdiyyəsinin Memarlıq və Şəhərsalma İdarəsində çalışan Martin Vaqnerin yanında başlayıb. 1941-ci ildə Yüksək Mühəndis Məktəbinə (indiki İstanbul Texniki Universiteti) assistent olaraq təyinat alan Tomsu, burada Memarlıq bölməsində çalışıb. "Bursa evləri" mövzusundakı dissertasiyası ilə dosent elmi adını alıb. Bu tədqiqat işi 1950-ci ildə kitab olaraq nəşr olunub. İstanbul Texniki Universitetində çalışdığı dövrdə İsveçrə, Almaniya, İsveç, Fransa və İtaliyanın bəzi şəhərlərində müharibədən sonrakı memarlıq və şəhərsalma problemləri üzrə araşdırmalar aparıb. 1958-ci ildə İngiltərədə məskunlaşma hüququ sahəsində tədqiqatlar aparıb. Sonra isə professor elmi adını alıb.

1936–1959-cu illərdə 17 tətbiqi layihəsini icra edən Tomsu 1938–1954-cü illərdə qatıldığı müsabiqələrdə 5-i birincilik olmaqla 14 mükafat qazanıb. İlk işləri olan Gerede və Emirdağ CHP Evlərindən tutmuş, bələdiyyə bürosunda ərsəyə gətirdiyi çimərlik soyunub-geyinmə kabinaları, uşaq bağçası, üzgüçülük hovuzu kimi layihələrə, həmçinin müsabiqə layihəsi olaraq hazırladığı bank binasına qədər bütün əsərlərində dövrün memarlıq yanaşmalarını əks etdirən modernist, sadə bir üslub nümayiş etdirdiyi, lakin 1940-cı illərə doğru ənənəvi vurğunun artdığı bir dizayn anlayışına yönəldiyi görünür.

Tomsu 1975-ci ildə təqaüdə çıxıb. 29 aprel 1988-ci ildə vəfat edib.

Memarlıq əsərləri Cərrahpaşa Poliklinika Binası, İstanbul Samsun Mərkəzi Bankı Layihə müsabiqəsi, Samsun Şəhrəmini Xalqevi layihəsi, İstanbul Kayseri Xalqevi Binası layihəsi, Kayseri Etlikdə Ev layihəsi, Ankara Gerədə Xalqevi layihəsi, Bolu (Münəvvər Bələn Gözələr ilə) Kənd İnstitutları Həmidiyə və Mahmudiyə, Kepirtəpə (1941-1942, Emin Xalid Onat ilə) Ulu dağ Sanatoriyası, Bursa (1946, Emin Xalid Onat ilə)

Həmçinin bax Türkiyə memarlığı

İstinadlar

Kateqoriya:İstanbul Texniki Universitetinin müəllimləri