Elis Van Esbek (; ) — səhnə adı Essila olan Belçikalı müğənni və bəstəkar. O, 2020-ci ildə "The Voice Belgique" müsabiqəsinin doqquzuncu mövsümünün finalçısı olub. 2026-cı ildə isə "Dancing on the Ice" mahnısı ilə Belçikanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edib.
Həyatı və təhsili Essila Belçikanın Vallon Brabant əyalətinin Perve şəhərində anadan olub. O, atasının yaşadığı Flandriya ilə anasının yaşadığı Vallon Brabant arasında, musiqili mühitdə böyüyüb. Onun səhnə adı olan "Essyla", elə öz doğma adı "Elis"in (Alis) tərsinə oxunuşudur.
O, Namürdəki Kral Ali Musiqi və Pedaqogika İnstitutunda (IMEP) təhsil alıb. Gəncliyində fransız şansonunun güclü təsiri altında olsa da, sonradan Amerika cazı, folk, rok və fank musiqisinə də rəğbət bəsləyib.
Musiqi fəaliyyəti 2020-ci ildə Essila (həmin vaxt hələ öz doğma adı ilə çıxış edirdi) "The Voice Belgique" yarışmasının doqquzuncu mövsümündə yarışıb və burada belçikalı müğənni Tif Barrounun (Typh Barrow) komandasına qoşulub. O, yekunda müsabiqəni, daha sonra 2022-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil edən Jeremi Makiezenin (Jérémie Makiese) ardınca ikinci sırada başa vurub. Bundan əvvəl isə o, Belçikanı təmsil edən "Almakalia" xorunun tərkibində İsveçin Göteborq şəhərində keçirilən "Eurovision Choir 2019" (Avroviziya Xor Müsabiqəsi) layihəsində iştirak edib.
"The Voice Belgique" yarışmasından sonra Essila, keçmiş məşqçisi Tif Barrou və repçi Ben'do da daxil olmaqla, tanınmış sənətçilərin arxa vaqolisti (bek-vokalçı) kimi çalışmaqla yanaşı, həm də solo karyerasını qurmağa başlayıb. 2023-cü ildə o, "Let You Go" adlı debüt sinqlını təqdim edib. Elə həmin il o, "I'll Be Okay" adlı ilk mini-albomunu (EP) işıq üzünə çıxarıb.
19 fevral 2026-cı ildə onun "Dancing on the Ice" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində Belçikanı təmsil edəcəyi elan olunub. Elə həmin gün onun "Dancing on the Ice" adlı müsabiqə çıxışının videosu yayımlanıb. Essyla onuncu yerdən finala yüksəlib və 36 xalla iyirmi birinci yeri tutub.
Diskoqrafiya Studiya albomları Adı Təfərrüatlar I'll Be Okay Buraxılış tarixi: 13 Oktyabr 2023 Leybl: Blue Milk Format: Musiqi yükləmə, Striminq
Sinqllər Əsas müğənni kimi Adı İllər Çartlarda yüksək mövqeyi Albom BEL(FL) "Let You Go" 2023 — I'll Be Okay "Not My Kind of Dude" — "Your Letters" 2024 — "Alone Tonight" — "Tip Toe" 2025 — rowspan="2" "Dancing on the Ice" 2026 39
Dəvətli ifaçı kimi Adı İllər Albom "" 2025
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Belçika müğənniləri Kateqoriya:Belçikanın "Avroviziya" təmsilçiləri