Avstriyalı Yekaterina Renata (; ) — Avstriya hersoqu II Karlın qızı.
1576-cı ildə Qratsda dünyaya gəldi. Atası Avstriya hersoqu II Karl, anası isə Bavariya hersoqu V Albertin qızı Mariya Annadır. Hər iki valideyni də Müqəddəs Roma imperatoru I Ferdinandın şəcərəsinə mənsub idi. Anası qatı dindar və güclü anti-reformasiya tərəfdarı idi. Bu səbəblə, başda Yekaterina Renata olmaqla, digər bacı-qardaşları 1 yaşından etibarən kilsə ayinlərinə qatıldı və alman dilindən öncə latın dilini öyrəndi.
1599-cu ildə Parma hersoqu I Ranuççio ilə evlənməsi müzakirə edilsə də, müzakirələr əsnasında Yekaterina Renata vəfat etdi.
Mənbə
Ədəbiyyat
Niederkorn, Jan Paul (2007). "Die dynastische Politik der Habsburger im 16. und frühen 17. Jahrhundert". Jahrbuch fur Europaische Geschichte 2007 (in German). Vol. VIII. Oldenbourg Wissenschaftsverlag. p. 47 Benno Roth, Seckau: Geschichte und Kultur, 1164–1964, Herold, 1964, p. 213 German Society for Racial Hygiene, Archiv für Rassen- und Gesellschafts-Biologie, einschliesslich Rassen- und Gesellschafts-Hygiene, vol. VIII, p. 779