Qulubəyov Mikayıl Rəhim bəy oğlu () — kimya elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi veteranı.
Həyatı Mikayıl Qulubəyov 1915-ci ildə Yelizavetpol qəzasının Mollavələdli (indiki Goranboy rayonunun Şəfəq) kəndində anadan olmuşdur. Atasi Rəhim Qulubəyov əməkdar müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunudur. Mikayıl Qulubəyov ibtidai təhsilini atasından almışdır. Quba Kənd Təsərrüfatı Texnikumu, indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci (1933), Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1939).
S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) üzvi kimya kafedrasında assistent işləmiş (1940–1942), 1942-ci ilin mart ayında ordu sıralarına çağırılmış, hərbi məktəbi vaxtından əvvəl bitirmişdir.
Müharibə illəri Stalinqrad uğrunda vuruşlarda iştirak etmişdir (1942-ci ilin sonunda). Döyüşlərin birində yaralı halda əsir düşmüş, Almaniyaya, oradan İtaliyaya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur.
Sağaldıqdan sonra əsirlikdən qaçıb (1943-cü ilin əvvəlində) azadlıq hərəkatına qoşularaq Mehdi Hüseynzadəyə yaxından kömək göstərir və onunla çiyin-çiyinə partizanlıq edir. Onun partizan ləqəbi "Doktor Mişa" idi. Yuqoslaviya hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Yuqoslaviyanın iki "Qəhrəmanlıq ordeni" ilə və "Qəhrəmanlıq medalı" ilə təltif edilmişdir. Müharibədən sonra Mikayıl bəy S. Ağamaolıoğlu adına AKTİ-də öz işini davam etdirmiş, kimya elmləri namizədi, sonra isə professor adını almışdı. Ömrünün sonunadək kafedra müdiri vəzifəsində işləmişdi.
Mikayıl Qulubəyov 1983-cü ildə vəfat edib.
Mənbə Ənvər Çingizoğlu. Mollavələdli və mollavələdlilər. "Soy" dərgisinin özəl nəşri, Bakı: 2004, səh.56–57.
Xarici keçidlər Микаил Рагим Кулибеков оглы Азербайджанские партизаны Югославии Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Azərbaycanlı kimyaçılar Kateqoriya:Kimya elmləri doktorları Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan partizanları Kateqoriya:Azərbaycan partizanları