Mariya Mixaylovna Pulman (; ) — SSRİ və Qazaxıstan hüquqşünası və insan haqları fəalı, Qazaxıstan Beynəlxalq İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun təsisçilərindən biri.
Həyatı Mariya Pulman 1937-ci il martın 5-də Altay diyarının Biysk şəhərində anadan olub.
1958-ci ildə Tomsk Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alarkən, Moskvada keçirilən Ümumdünya Gənclər Festivalına qatılmaq üçün dostları ilə birlikdə xam torpaqların mənimsənilməsi üzrə kənd təsərrüfatı işlərindən bir neçə gün tez gedib. Buna görə o, "partiyanın xam və dinc torpaqların mənimsənilməsi üzrə tədbirlərini pozduğuna görə" ali məktəbdən xaric edilib və yalnız bir neçə il sonra Almatıda Qazaxıstan Dövlət Universitetinə qəbul olunub.
1988-ci ildə "Memorial" Ümumittifaq Tarixi-Maarif Cəmiyyətinin Almatı şöbəsinin, 1989-cu ildə isə Qazaxıstanın Müstəqil İctimai Təşkilatlar Assosiasiyasının təsisçilərindən biri olub. O dövrün bir çox hüquq müdafiəsi aksiyalarında fəal iştirak edib.
1993-cü ildə Mariya Pulman Amerikanın "Union of Councils for Soviet Jews" qeyri-hökumət hüquq müdafiə təşkilatının dəstəyi ilə Qazaxıstan-Amerika İnsan Hüquqları Bürosunun (sonradan Qazaxıstan Beynəlxalq İnsan Hüquqları və Qanunçuluğa Riayət Bürosu) təsisçilərindən biri olub. Həmin vaxtdan ömrünün sonuna qədər hüquq şöbəsinin ştatında çalışıb. Büroda vətəndaşların qəbulunu həyata keçirib, ödənişsiz məsləhətlər verib, işgəncələrlə mübarizə, polis və məhkəmə özbaşınalığı, miqrant və qaçqınların hüquqlarının müdafiəsi sahəsində layihələrə rəhbərlik edib, hüquqşünas tələbələr və könüllülərlə işləyərək bazar günü insan hüquqları məktəbini təşkil edib.
Hüquqi mövzularda yazan fəaliyyətdə olan jurnalistlər üçün Mariya Pulman "Adil söz" Söz Azadlığını Müdafiə İctimai Fondu tərəfindən nəşr olunan "Qazaxıstanın Media Qanunvericiliyi və Praktikası" jurnalında "Səhvlər üzərində iş" icmal rubrikasını aparib. 2001-ci ildə həmin icmallar əsasında "Adil söz" fondu Mariya Pulmanın "Hüquq haqqında — düzgün" kitabını nəşr edib. O, həmçinin "Kazaxstanskaya pravda", "Ekspress K", "Respublika", "Söz", "SolDAT", "Svoboda slova", "Vzqlyad", "Obşestvennaya pozitsiya", "Bez opasnosti" və digər qəzetlərdə rubrikalar aparıb, müəllif yazıları ilə çıxış edib, "İnkar info" internet radiosu və "Navi" internet qəzeti ilə əməkdaşlıq edib.
2009-cu il yanvarın 17-də Almatıda vəfat edib. İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Qazaxıstanın insan hüquqları aktivistləri