Tollund adamı – e.ə. V əsrdə yaşamış bir şəxsin təbii mumiyalaşmış cəsədi. 1950-ci ildə Danimarkanın Yutlandiya yarımadasında yerləşən Silkeborq yaxınlığında bataqlıq cəsədi kimi aşkarlanmışdır. Bu kəşfdən 12 il öncə eyni bataqlıqda Ellinq qadını kimi tanınan başqa bir bataqlıq cəsədi kəşf olunmuşdur."Violence in the Bogs" , Archaeological Institute of America

Kəşf 8 may 1950-ci ildə torf yığmaqla məşğul olan Viqqo və Emil Hoyqaard Danimarkanın Silkeborq şəhərinin 12 kilometr qərbində yerləşən Byaldskovdal torf bataqlığında cəsəd aşkar etmişlər. Cəsəd çox yaxşı vəziyyətdə olduğu üçün təzəlikcə qətlə yetirilmiş bir şəxsə aid olduğunu düşünmüşlər.

Tədqiqi Radiokarbon testi Tollund adamının e.ə. 405–380-ci illər arasında öldüyünü göstərir. Alimlər onun ölümdən öncə harada yaşadığını müəyyənləşdirmək üçün stronsium izotopunun analizini aparmışlar və saçından nümunə götürmüşlər. Stronsium izotopu nisbətində kiçik fərqlər onun son ilini Danimarkada keçirdiyini və son altı ay ərzində ən az 30 kilometr hərəkət etdiyini göstərir.

Tollund adamının saçları çox qısa olduğu üçün demək olar ki, tamamilə papaqla örtülüb. Çənəsində və üst dodağındakı qısa tüklər onun daim qırxındığını göstərir. 1976-cı ildə Danimarka polisi onun barmaq izi analizini aparmış və Tollund adamının barmaq izləri qeydə alınan ən qədim barmaq izlərindən biri olmuşdur.

Tollund adamının son yeməyinin həm becərilmiş, həm təbiətdən yığılmış dənli bitkilərdən və toxumlardan hazırlanmış sıyıq olduğu müəyyən edilmişdir. Sıyığın tərkibində 40 növdən olan toxum müəyyən edilsə də, sıyıq əsasən arpadan təşkil olunmuş, içərisində balıq zülalları aşkar edilmişdir. Sıyıqda meyvənin olmaması onun son yeməyini qışda və ya yazın əvvəlində yediyinin bir sübutu ola bilər. Son yeməyinin ölümündən 12–24 saat öncə yediyi düşünülür.Silkeborg Museum, The Last Meal , Silkeborg Museum and Amtscentret for Undervisning, Silkeborg Public Library, 2004

Mühafizəsi Tollund adamı Danimarkada yerləşən Silkeborq Muzeyində sərgilənir və muzeyin bataqlıq tapıntıları kolleksiyasına daxildir. Tollund adamı 1950-ci ildə bataqlıqdan çıxarıldıqdan sonra bədəni dərhal çürüməyə başlamışdır. Cəsədin başı yaxşı vəziyyətdə olduğu üçün mütəxəssislər onun sadəcə başını mühafizə etməyə diqqət ayırmış, bədəninin qalan hissəsini çürüməyə tərk etmişlər. 1987-ci ildə Silkeborq Muzeyi skelet qalıqlarından istifadə edərək bədən rekonstruksiyası hazırlamış, orijinal başı həmin bədənə keçirərək nümayiş etdirməyə başlamışdır.

Popular mədəniyyətdə ABŞ istehsalı "Sümüklər" serialının "Labirintdə mumiya" bölümündə Tollund adamının adı çəkilir.Williams, Scott. "Mummy in the Maze". Bones. Dir. Marita Grabiak. Fox. 30 Oct. 2007. Web. 15 Nov. 2016.

İstinadlar

Kateqoriya:E.ə. V əsrdə doğulanlar Kateqoriya:E.ə. V əsrdə vəfat edənlər Kateqoriya:Danimarka arxeologiyası