Flavi Mavriki Tiberi Avqust (; ) — Bizans imperatoru. O, II Xosrova taxt-tacını bərpa etməkdə köməklik göstərmişdir.
Bioqrafiyası O, 539-cu ildə anadan olub.
578-ci ildə şərq qüvvələrinin komandanı, 582-ci ildə isə imperator elan edilib.
İmperator Mavriki imperiyanın xəzinəsini slavlara, farslara, avarlar və lanqobardlara qarşı olan hərbi kampaniyalara sərf etmişdir. Xəzinəni doldurmaq üçün vergiləri artırmaq məcburiyyətində qalan Mavriki, narazı xalq kütlələri və hərbiçilər tərəfindən devrilmişdir.
İstinadlar
Kateqoriya:Roma imperatorları Kateqoriya:Xristian əzabkeşləri Kateqoriya:Boynu vurulanlar Kateqoriya:VII əsr monarxları