"Amerika heç bir qələt edə bilməz" () şüarı ilk dəfə İranın keçmiş ali rəhbəri Ruhullah Xomeyni tərəfindən İran girov böhranı zamanı istifadə edilmişdir. Bu ifadə ilk olaraq iranlıları əmin etmək üçün istifadə olunmuşdu ki, Amerika Birləşmiş Ştatları devrilmiş İran şahını yenidən taxt-taca qaytara bilməyəcək. Sonradan bu bəyanat, Xomeyninin rəhbərliyi altında İslam Respublikasının qurulması ilə nəticələnən İran İslam İnqilabının qeyri-rəsmi şüarına çevrildi.
İstifadəsi İranın şahı Məhəmməd Rza Pəhləvinin ekstradisiya edilməsi ilə bağlı tələbinə cavab olaraq, ABŞ prezidenti Cimmi Karter şahın Panamaya səfər planlarını təmin etdi. Bununla Karter, "İmamın Xətti ilə Gedən Müsəlman Tələbələr"ə bağlı bir qrup iranlı inqilabçı tələbənin Tehrandakı ABŞ səfirliyinə daxil olaraq diplomatik heyəti girov götürməsindən sonra, 444 gün (4 noyabr 1979 – 20 yanvar 1981) ərzində inqilabçı İran tərəfindən saxlanılan girovların müqabilində ekstradisiya ehtimalını aradan qaldırmağa çalışırdı. Səfirliyə hücum isə öz növbəsində Amerika Birləşmiş Ştatlarının şaha siyasi sığınacaq verməsinə cavab olaraq atılmış bir addım idi.
Hadisədən bir həftə sonra İranın aktivləri və maliyyə vəsaitləri ABŞ tərəfindən müsadirə edildi. İranın beynəlxalq təhdid kimi qiymətləndirdiyi bu addımlara baxmayaraq, casusluqda ittiham olunan amerikalılar üzərində məhkəmə qurulması ehtimalı hələ də qalırdı. Beynəlxalq mediada müntəzəm olaraq işıqlandırılan Karterin təhdidlərinə qarşı Xomeyninin reaksiyası isə "Amerika bizə qarşı heç nə edə bilməz" şüarı oldu. Bu şüar bir çox divarlarda və afişalarda, məsələn, İran-İraq sərhədi boyu ucaldılmış reklam lövhəsində, həmçinin İran-ABŞ RQ-170 insidenti çərçivəsində ələ keçirilmiş pilotsuz təyyarənin qarşısından asılmış banerdə əks olunmuşdu. Şüar eyni zamanda Xomeyninin varisi və İranın ali rəhbəri Əli Xamenei tərəfindən də istifadə edilmiş və ya müxtəlif formalarda ona istinad olunmuşdur. Digər bəzi İran rəsmiləri də bu şüardan istifadə etmişlər.
İstinadlar Kateqoriya:Ruhullah Xomeyni
Kateqoriya:Şüarlar Kateqoriya:İran girov böhranı Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:Peyorativlər Kateqoriya:Antiatlantizm