Osmanlı imperiyası 600 illik mövcudluğu dövründə riyaziyyat, astronomiya və tibb daxil olmaqla elm və texnologiyanın bir çox sahələrində mühüm nailiyyətlər əldə etmişdir.

İslamın Qızıl dövrünün ənənəvi olaraq XIII əsrdə başa çatdığı hesab edilsə də, bəzi tədqiqatçılar bu dövrü XV və XVI əsrlərə qədər uzadaraq elmi fəaliyyətin Osmanlı imperiyası ərazisində, eləcə də İran və Böyük Moğol imperiyasının ərazisində davam etdiyini qeyd edirlər.

Təhsil

Mədrəsələrin inkişafı thumb|231x231px|Bəyazid Dövlət Kitabxanası 1884-cü ildə yaradılmışdır İlk dəfə Səlcuqilər dövründə yaranmış mədrəsə təhsil sistemi Osmanlı hakimiyyəti dövründə özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır.

Osmanlı qadınlarının tibbi təhsili Hərəmlər sultanın sarayında onun həyat yoldaşlarının, qızlarının və qadın qullarının yaşadığı məkanlar idi. Lakin burada həm qızların, həm də oğlanların təhsil alması ilə bağlı məlumatlara rast gəlinir.thumb|230x230px|1928-ci il 7 iyun tarixli Sərvəti-fünun jurnalında Səfiyə Əli xanım (XX qeyd olunur)Osmanlı imperiyasında qadınların təhsili əsasən onların yaxşı evdar və ictimai davranış qaydalarına uyğun yetişdirilməsinə yönəlmişdi. Formal təhsil qadınlar arasında geniş yayılmasa da, qadın həkim və cərrahlar mövcud idi. Onlar əsasən qeyri-rəsmi təhsil alırdılar. Bununla belə ilk peşəkar təhsil almış türk qadın həkim Səfiyə Əli olmuşdur. O, Almaniyada tibb təhsili almış və 1922-ci ildə İstanbul şəhərində öz şəxsi klinikasını açmışdır.

Texniki təhsil İstanbul Texniki Universitetinin tarixi 1773-cü ilə gedib çıxır. Bu təhsil müəssisəsi III Mustafa tərəfindən "Mühəndishane-i Bəhr-i Hümayun" (imperator Dəniz Mühəndisləri Məktəbi) adı ilə təsis edilmişdir.

Başlanğıcda məktəb gəmiqayıranların və xəritəçilərin hazırlanmasına yönəlmişdi. 1795-ci ildə onun fəaliyyət sahəsi genişləndirilərək Avropa standartlarına uyğun hərbi-texniki kadrların hazırlanması məqsədi daşımağa başlamışdır.

1845-ci ildə mühəndislik şöbəsi daha da inkişaf etdirilmiş və memarların hazırlanması üçün xüsusi proqram əlavə olunmuşdur. 1883 və 1909-cu illərdə isə məktəbin adı və fəaliyyəti yenidən dəyişdirilərək mülki mühəndislərin hazırlanmasına yönəlmiş dövlət ali məktəbinə çevrilmişdir. thumb|209x209px|İstanbul Universiteti Türkiyənin ən qədim universitetidir. İstanbul Universiteti isə Türkiyənin ən qədim və köklü dövlət tədqiqat universitetlərindən biridir. Universitetin əsası 30 may 1453-cü ildə Konstantinopolun türklər tərəfindən tutulmasından bir gün sonra Fateh Sultan Mehmed tərəfindən qoyulmuşdur. 1846-cı ildə isə Osmanlı imperiyasında Avropa təcrübəsinə əsaslanan ilk ali təhsil qurumu olaraq yenidən formalaşdırılmışdır.

Astronomiya left|thumb|279x279px|Osmanlı rəsədxanasında astronomlar və astroloqlar sekstantdan istifadə edərək baş münəccim (münəccimbaşı) tərəfindən idarə olunurdular. thumb|244x244px|Tağıyəddin rəsədxanasında işləyir Astronomiya Osmanlı imperiyası dövründə mühüm elmi sahələrdən biri olmuşdur.

Türk müsəlman filosofu Tağıyədiin 1577-ci ildə İstanbulda rəsədxana inşa etmiş və burada 1580-cı ilə qədər müşahidələr aparmışdır. O, "Zic" (cədvəl) və astronomik kataloqlar tərtib etmiş, bu sahədə Tixo Brahe və Nikolay Kopernik kimi alimlərdən daha dəqiq nəticələr əldə etmişdir.

Tağıyəddin müşahidələrində altmışlıq kəsrlər əvəzinə onluq kəsr sistemindən istifadə edən ilk astronomlardan biri olmuşdur. O, həmçinin Əbu Reyhan əl-Biruni tərəfindən təklif olunan "üç nöqtə müşahidəsi" metodundan istifadə etmişdir. O, 1556-1580-cı illər arasında dəqiq mexaniki astronomik saatlar və müxtəlif ölçü alətləri ixtira etmişdir. Bu alətlər sayəsində onun hesablamaları daha dəqiq olmuşdur. 1580-cı ildə İstanbul rəsədxanasının dağılmasından sonra astronomiya sahəsində inkişaf zəifləmiş, yalnız 1660-cı ildə İbrahim Əfəndi tərəfindən Kopernik nəzəriyyəsinin yayılması ilə yenidən canlanmışdır.

Coğrafiya thumb|219x219px|Piri Rəis xəritəsi Piri Rəis XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş dənizçi,coğrafiyaçı və xəritəçi olmuşdur. O, "Kitabül-Bəhriyyə" əsəri və Amerika qitəsini göstərən ən qədim xəritələrdən biri olan Piri Rəis xəritəsi ilə tanınır

Onun əsərində Aralıq dənizi limanları və şəhərləri haqqında dəqiq məlumatlar və xəritələr təqdim olunmuşdur. 1513-cü ildə çəkdiyi dünya xəritəsi Yeni Dünyanı göstərən ən qədim türk atlaslarından biridir. Bu xəritə 1929-cu ildə alman alim Qustav Adolf Deissman tərəfindən yenidən aşkar edilmişdir.

Tibb thumb|358x358px|Mərmərə Universitetinin Heydərpaşa kampusu, əvvəlcə İmperiya Tibb Kolleci (Məktəb-i Tibbiyə-i Şəhanə) kimi tanınırdı. Tibb Osmanlı imperiyası cəmiyyətinin demək olar ki, bütün sahələrində tətbiq olunurdu. Həkimlər xəstələri evlərdə, bazarlarda və xəstəxanalarda müalicə edirdilər.

Müalicə üsulları müxtəlif idi:

humoral nəzəriyyə müalicəvi tibb profilaktik tibb peyğəmbər təbabəti

Osmanlı xəstəxanalarında bütöv (holistik) yanaşma tətbiq olunurdu. Burada həm fiziki, həm də psixi sağlamlıq nəzərə alınırdı. Musiqi terapiyası geniş istifadə olunurdu və müxtəlif səslərin insanın psixoloji vəziyyətinə təsir etdiyi qəbul edilirdi.

Humoral nəzəriyyə Erkən Osmanlı tibbinin əsasını dörd bədən mayesi təşkil edirdi:

qan (hava ilə əlaqəli) bəlğəm (su ilə əlaqəli) qara öd (torpaq ilə əlaqəli) sarı öd (od ilə əlaqəli)

Xəstəlik bu mayelərin tarazlığının pozulması kimi izah edilirdi.

Müalicə üsulları Erkən Osmanlı tibbində müalicə üsullarına qida və içkilərin istifadəsi də daxil idi. Məsələn, qəhvə həm gündəlik, həm də tibbi məqsədlərlə istifadə olunurdu. O, mədə problemləri və həzm pozğunluqlarına qarşı faydalı hesab edilirdi. Eyni zamanda yorğunluğu azaltmaq üçün də istifadə edilirdi.

Xəstəxanalar Osmanlı xəstəxanaları müxtəlif adlarla tanınırdı: darüşşifa, darüssıhha, şifahane, bimaristan, bimarhane, timarhane. Bu müəssisələr adətən xeyriyyə (vəqf) əsasında fəaliyyət göstərirdi və bütün sosial təbəqələrdən olan insanlara xidmət edirdi. Xəstəxanaların memarlığı və bağları da müalicənin bir hissəsi sayılırdı. Yəni mühitin gözəlliyi də insanın sağalmasına kömək edirdi.

İlk Osmanlı xəstəxanalarından biri 1470-ci ildə yaradılmış Fatih Darüşşifası idi. Daha sonra qurulan xəstəxanalarda bəzi yeniliklər tətbiq olunurdu. Məsələn, xəstələrin cinsinə görə ayrılması, ruhi xəstələrin ayrıca müalicəsi, musiqi terapiyasının tətbiqi və s.

1488-ci ildə qurulan Bəyazid Darüşşifası özünəməxsus memarlığı ilə seçilirdi və Avropadakı sonrakı xəstəxanalara təsir etmişdi. 1522-ci ildə Ayşə Həfsə Sultan tərəfindən qurulan xəstəxana isə imperiyanın ən nüfuzlu tibb mərkəzlərindən biri sayılırdı. Osmanlı xəstəxanaları təkcə müalicə yeri deyil, həm də təhsil mərkəzi idi. Burada tibb tələbələri nəzəri biliklərlə yanaşı praktiki təcrübə də qazanırdılar.

Fizika 1574-cü ildə Tağıyəddin optika sahəsində yazılmış son böyük ərəb əsərlərindən biri olan "Kitabi Nur hədaqət əl-ibsar və-nur həqiqət əl-ənzar" (yəni "Görmə bəbəyinin nuru və baxışların həqiqətinin nuru") adlı əsərini qələmə almışdır. Bu əsər üç cilddən ibarətdir və görmə, işığın əks olunması (refleksiya) və sınması (refraksiya) ilə bağlı eksperimental araşdırmaları əhatə edir. Kitabda işığın quruluşu, yayılması, ümumi sınması və işıqla rəng arasındakı əlaqə izah olunur. Birinci cilddə işığın təbiəti, mənbəyi, yayılması, görmənin yaranması və işığın gözə təsiri araşdırılır. İkinci cilddə işığın əks olunması qanunları eksperimental şəkildə sübut edilir və müxtəlif formalı güzgülərdə (düz, sferik, silindirik, konik) əks olunmanın ölçülməsi üçün alətin quruluşu izah olunur. Üçüncü cilddə isə işığın müxtəlif sıxlıqlı mühitlərdə yayılması zamanı baş verən dəyişikliklər, sınma prosesi və sınmış işıq nəticəsində yaranan təsvirlər təhlil edilir.

Mexaniki texnologiya thumb|216x216px|Tağıyəddinin ixtirasına bənzər astronomik saat nümunəsi left|thumb|Osmanlı imperiyasından qalma astrolyabiya (usturlap). Astrolyabiya fəzada bucaqların ölçülməsi üçün tətbiq olunan bir cihaz idi. 1559-cu ildə Tağıyəddin altı silindirli "monoblok" nasos ixtora etmişdir. Bu qurğu su gücü ilə işləyən, klapanlar, borular, pistonlar və müxtəlif mexaniki hissələrdən ibarət su qaldıran maşın idi. Bu nasos həm də qismən vakuum yarada bilirdi. O, həmçinin istifadəçi tərəfindən müəyyən edilmiş vaxtda siqnal verə bilən mexaniki astronomik saat da hazırlamışdır. Bu saat "Əl-Kəvakib əl-duriyyə" adlı əsərində təsvir olunur. Saat üç sferblatdan ibarət idi və saatları, dəqiqələri və dərəcələri göstərirdi. Daha sonralar o, müşahidələr üçün xüsusi bir saat da hazırlamışdı. Bu saat saatları, dəqiqələri və saniyələri göstərirdi və hər dəqiqəni 5 saniyəlik hissələrə bölürdü. Bu XVI əsr astronomiyası üçün çox mühüm yenilik idi, çünki həin dövrdə saatlar kifayət qədər dəqiq deyildi.

1702-ci ildə Osmanlı saat ustası Məşhur Şeyx Dədə dəqiqələrlə vaxt ölçən saat hazırlamışdı

Hərbi sahə XVI əsrdə Osmanlı imperiyası Cənubi Avropa və Yaxın Şərqdə güclü hərbi qüvvəsi ilə tanınırdı. Bu dövrdə istifadə olunan silahlardan biri arkebuza idi. Bu silah çiyindən atəş açılan, hamar lüləli və fitilli mexanizmə malik ilk odlu silahlardan biri sayılırdı. Osmanlıda bu silah erkən dövrdə "əl tüfəngi" kimi tanınırdı thumb|1464-cü ilə aid tökmə bürünc Dardanel topu Osmanlı artilleriyası çoxsaylı toplardan ibarət idi və onların əksəriyyəti türk mühəndislər tərəfindən hazırlanmışdı. Bundan əlavə, macar mühəndisi Orban tərəfindən hazırlanmış məşhur toplar da istifadə olunmuşdur. O, əvvəlcə Bizans imperatoru XI Konstantinə xidmətlərini təklif etsə də, yüksək qiymətə görə bu təklif qəbul edilməmişdi. Daha sonra II Mehmed bu toplardan istifadə edərək 6 aprel 1453-cü ildə başlayan Konstantinopol mühasirəsi zamanı şəhərin qalın divarlarını dağıtmağa nail olmuşdur.

1464-cü ildə Munir Əli tərəfindən hazırlanmış Dardanel topu bürüncdən tökülmüş, təxminən 1 ton ağırlığında və 5,18 metr uzunluğunda idi. Bu top 635 mm kalibrli mərmilər atır və böyük mərmər daşları uzaq məsafəyə göndərə bilirdi. Bu silah 1807-ci ilə qədər istifadədə qalmış və həmin ildə Dardanel əməliyyatı zamanı Osmanlı qüvvələri tərəfindən Britaniya donanmasına qarşı istifadə edilmişdir. Bu hücum nəticəsində Britaniya tərəfi itkilər vermişdir. thumb|Osmanlı Yeniçəri korpusu 1440-cı illərdən etibarən fitilli tüfənglərdən istifadə edirdi. Bu 1522-ci ilə aid rəsmdə onların Hospitalyer cəngavərləri ilə döyüşdükləri təsvir olunub. 1465-ci ildə Osmanlıda muşket (uzun lüləli tüfəng) istifadə olunmağa başlandı. XVI əsrdə bu silahların hazırlanmasında Dəməşq poladından istifadə edilirdi. Muşketlər ağır zirehləri deşə biləcək gücə malik idi, lakin zirehlərin istifadəsi azaldığı üçün bu silahların da əhəmiyyəti azaldı. Sonradan muşket müxtəlif inkişaf mərhələlərindən keçərək müasir tüfənglərin yaranmasına səbəb oldu.

Osmanlılar XV əsrdə yay və yaylı mexanizmə malik daha inkişaf etmiş tüfənglər hazırlamışdılar ki, bu da döyüş zamanı istifadəsini asanlaşdırırdı. Nəticədə, daha sonrakı dövrlərdə müasir tüfənglər muşketlərin yerini aldı.

Osmanlı arkebuzalarının Portuqaliya silahlarından əvvəl Çinə çatdığı ehtimal olunur. 1598-ci ildə çinli müəllif Zao Şizen Osmanlı tüfənglərini Yapon tüfənglərindən üstün hesab etmişdir. 1621-ci ildə yazılmış Vu Pei Çih adlı hərbi əsərdə Osmanlı tüfənglərinin fərqli mexanizmi təsvir olunur. Bu mexanizm dişli (rack-and-pinion) sistemi ilə işləyirdi və bu, odlu silahlarda belə bir sistemin istifadə olunduğu ilk nümunələrdən biri hesab edilir.

Osmanlı ordusu yalnız texnologiya baxımından deyil, həm də taktiki cəhətdən güclü idi. Onlar tüfəng və tapança kimi silahlardan effektiv istifadə edirdilər. Osmanlılar elit piyada və süvari qoşunlarına, yəni yeniçərilərə, Mauser M1903 qurmalı silah tipli tüfənglər verirdilər. Bu silahlar 5 gülləlik darağa və təxminən 600 metr effektiv atəş məsafəsinə malik idi. İkinci dərəcəli qoşunlara isə, daha köhnə silahlar verilirdi. Osmanlı ordusunda zabitlərə isə Avropalı ustalardan şəxsi tapança almağa icazə verilirdi.

Həmçinin bax

Əli Quşçu Hezarfən Əhməd Çələbi Piri Rəis Tağıyəddin

İstinadlar