Xoşbulaq (əvvəlki adı: Xaçbulaq) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 f on kompleks kçsijxödıdpdödğeödldldıevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Zağalı kənd Sovetinin Xaçbulaq kəndi Xoşbulaq kəndi adlandırılmışdır.
Toponimikası Qədim xəritələrdə kəndin adı Xanbulaq olaraq göstərilir. Kəndin ərazisi keçmişdə Yelizavetpol qəzasına daxil olan Əhmədli, Alabaşlı, Kamanlı, Hacallı, Qarabağlar, Lək, Şadılı və başqa kəndlərin yaylaq yeri olmuşdur. Sonrakı dövrlərdə kəndin adı dəyişdirilmiş və girişindəki xaçlı bulağın adına uyğun olaraq 1991-ci ilədək Xaçbulaq adlandırılmışdır. 1991-ci ildən Xoşbulaq adlanır. 1991-ci ildən kəndin adı "Xoşbulaq" kimi rəsmiləşdirilmişdir. Kəndin əvvəlki adı Xaçbulaq idi. Bu toponim Qafqaz Albaniyası ilə bağlıdır.
Tarixi Kəndə 1967-ci ildə sel gəlmiş və çoxlu insan tələfatı olmuşdur.
Tarixi abidələri Xoşbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi51Xoşbulaq kurqanları Son tunc-İlk dəmir dövrüXoşbulaq kəndiAxeolojiDünya
Coğrafiyası və iqlimi Kənd Qoşqarçayın sahilində, Şahdağ silsiləsinin ətəyində, rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199918799519282009↗1901↗982↘919
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Yaylaq mövsümündə xoşbulaqlılar evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla gəlir əldə edir. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.Azərbaycanın ən gözəl 12 kəndi – FOTO oxu.az
Kənd ərazisindən Daşkəsən-Xoşbulaq magistral təbii qaz xətti keçir, kənddə Xoşbulaq avtomatik qazpaylayıcı stansiya fəaliyyət göstərir.
Mədəniyyəti Kənddə 1 №-li, 2 №-li və 3 №-li Xoşbulaq kənd kitabxana filialları, Xoşbulaq kənd Mədəniyyət Evi, Xoşbulaq kənd klubu fəaliyyət göstərir.
Kənddəki gölün kənarında qədim müsəlman məzarları aşkarlanmışdır. Burda Qara seyidin qəbri hələ də ziyarət edilən yerdir. 2020-ci ilin sentyabr ayında Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri tapılmışdır.Xoşbulaq yaylağında 3 min il əvvələ aid dini ibadətgah yeri aşkarlanıb azertag.az
Təhsil Kənddə Daşkəsən rayon Xoşbulaq kənd tam orta məktəbi və Daşkəsən rayon Xoşbulaq kənd ümumi orta məktəbi fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Xoşbulaq kənd həkim məntəqəsi yerləşir.
Şəxslər Asim Süleymanov (2001–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Şəkillər
İstinadlar
Xarici keçidlər
Xoşbulaq yaylağı
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Zağalı kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri