Pirverdilər (əvvəlki adları: Parakənd; Şaumyan) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Qabaqtəpə kənd Sovetinin Şaumyan kəndi Pirverdilər kəndi adlandırılmışdır.
Toponimikası Kənd pirverdilər nəslinin adını daşıyır.
Tarixi
Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. Pirverdilər kəndi ərazisində hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında sakinlərin istifadəsinə verilmişdir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19998424424002009↘820↗461↘359
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti Kənddə Pirverdilər kənd kitabxana filialı, Pirverdilər kənd klubu fəaliyyət göstərir.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Qabaqtəpə (Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri