I Françesko Mariya della Rover (; ) — Urbino hersoqu, kondotyer.
1490-cı ildə Urbino hersoqluğuna bağlı Seniqalliya şəhərində doğuldu. Atası Roma papası II Yulinin qardaşı və Seniqalliya lordu Covanni della Rover, anası isə Urbino hersoqu III Federiko Montefeltronun qızı Covanna Montefeltrodur. Varisi olmayan dayısı Qvadibaldo Montefeltro 1504-cü ildə onu vəliəhd elan etdi. Onun vəfatının ardından isə 1508-ci ildə taxta çıxdı.
25 sentyabr 1509-cu ildə Mantuya markizi II Françesko Qonzaqanın qızı Elyanora ilə evləndi. Cütlüyün bu nigahdan 13 övladı doğulsa da, bunlardan yalnız beşi yetkinlik yaşına çata bildi.
Federiko (1511-1511) II Qvadibaldo della Rover İppolita (1515-1561) Covanna (1515-1518) Covanni (1516-1518) Yekaterina (1518-1520) Beatrisa (1521-1522) Françesko (1523-1525) Mariya (1527-1528) Yelizaveta (1529-1561) Culya (1531-1563) Culyo (1533-1578) Violante (1535-1538)
1509-cu ildə Papalıq dövlətinin komandanı təyin edildi və Venesiyaya qarşı döyüşdü. Əmisi olan Roma papası II Yulinin vəfatıyla siyasi nüfuzu azaldı. 1513-cü ildə ona hədiyyə edilən Pezaro mülkü yeni papa X Lev tərəfindən əlindən alındı və papa bu mülkü öz qardaşı oğlu Lorenzo Mediçiyə təyin etdi. Buna etiraz etməsi isə yarımadada siyasi mübarizəyə səbəb oldu. 1516-cı ildə Roma-Katolik kilsəsi tərəfindən aforoz edildi və Urbinodan qovuldu. Bir neçə dəfə taxt-tacını geri almağa cəhd etsə də, bu cəhdləri uğursuz oldu. 1521-ci ildə papanın ölümündən sonra Venesiyanın dəstəyilə taxt-tacını geri ala bildi.
İtalyan müharibələri əsnasında Venesiya üçün Lombardiyada vuruşdu. 1538-ci ildə Pezaroda zəhərlənərək öldürüldü.
Mənbə
Ədəbiyyat
Wojciehowski, Hannah Chapelle (2011). Group Identity in the Renaissance World. Cambridge University Press. p. 15. ISBN 978-1-107-00360-6
İstinadlar
Kateqoriya:XVI əsr İtaliya zadəganları