Mərrakeş (; ) və ya Mərrakuş — Mərakeşin (Fəs Krallığı) qədim şəhərlərindən biri.

Ümumi məlumat Şəhərin əsası Əbu Bəkr ibn Ömər tərəfindən qoyulmuşdur. Şəhərin tamamlanması isə Yusif ibn Təşfin dövrünə təsadüf etmişdir.

Şəhər coğrafi olaraq Atlas dağlarının ətəyində, ölkənin mərkəzinə yaxın yerdə yerləşir.

Mərrakeş şəhərinin mərkəzi "Mədinə" (köhnə şəhər) adlanır və şəhərin bu hissəsi 1985-ci ildə Ümumdünya İrsinə daxil edilmişdir. Mərrakeş Mürabitlərə və Müvəhhidlərə paytaxtlıq etmişdir.

Şəhərdə yarımsəhra-quru çöl iqlimi üstünlük təşkil edir.

Mərrakeşi bəzən "Qırmızı şəhər" də adlandırırlar.

İbn Tüfeyl, İbn Bənna əl-Mərrakuşi, İbn Rüşd kimi şəxsiyyətlər bu şəhərdəndir.

XII əsrə aid Kütubiyyə məscidi Mərrakeşin ən mühüm memarlıq abidələrindən biridir.

İstinadlar Kateqoriya:Mərakeşdəki ümumdünya irsi Kateqoriya:Mərakeş şəhəri