Antoniya Slavik (; ) — Sloveniyalı ictimai xadim. Həyatı Antoniya Slavik Triestli məmur Andrey Lavrençiçin ailəsində anadan olub. 1887-ci ildə Qoritsiya Müəllimlər Seminariyasını bitirib. Hələ gənc yaşlarından Triest slovenlərinin ictimai və mədəni həyatına qoşulub.
Gənc bir müəllimə kimi o, bədii qiraət, teatr tamaşaları və mahnıları ilə Primorsk xalq səhnələrində çıxış edən ilk sloven qadınlarından biri idi. 1888-ci ildən etibarən "Edinost" və digər sloven qəzetlərində məqalələr yazmağa başlayıb. Çoxsaylı cəmiyyətlərdə (Məktəb Cəmiyyətinin Qadın Bölməsi, Müqəddəs Kiril və Metodi Cəmiyyətinin qadın bölmələri,Vovko, A. (1994): »Oris dejavnosti Družbe sv. Cirila in Metoda na šolskem področju.« Šolska kronika : zbornik za zgodovino šolstva 27, št 3, str. 32-41. Qırmızı Xaç, Dul və Yetimlər Təşkilatı) fəaliyyət göstərib və "Ženski svet" (Qadın Dünyası) jurnalının həmtəsisçilərindən biri olub. Antoniya Slavik 1922-ci ildə Triestdə Qadın Yardım Birliyini quran dörd təşəbbüskardan biri idi. Təsisçilər arasından Antoniya Slavik, Mariça Nadlişek Bartol, Milka Martelanç, Milka Mankoç və digər xanımlar "Ženski svet" (Qadın Dünyası) jurnalının əsasını qoydular.Suyer Vaso. »Slavik Antonija«. Slovenski biografski leksikon. Ljubljana: ZRC SAZU, 2013 – prek Slovenska biografija.
Xeyriyyəçilik fəaliyyətini xüsusilə Birinci Dünya müharibəsi zamanı inkişaf etdirərək sloven yaralıları və əsirləri ilə maraqlanıb, müharibədən sonra isə dul qadınlara və yetimlərə qayğı göstərib. Hüquqşünas və siyasətçi dr. Edvard Slavik ilə ailə həyatı qurub. Onların evi Triestin sloven burjua dairələrinin siyasi və ictimai toplaşma mərkəzi idi. Bu nikahdan onun 5 övladı dünyaya gəlib.Primorski slovenski biografski leksikon. Goriška Mohorjeva družba, Gorica 1974-1994.
İstinadlar