Qamzat Yusup ulu Acıgeldiyev (; ; SSRİ, Dağıstan Respublikası Noqay rayonu Orta Töbe kəndi) — Noqay şairi.
20-ci əsrin ortalarında Noqay poeziyasının ən görkəmli nümayəndələrindən biri. Onun poetik dünyası altmışıncı illərin sovet şairlərinin yaradıcılığı ilə formalaşmış və nəticədə tamamilə yeni ideyalar və dəyərlər əks olunmuşdur. Acıgəldiyevin poeziyası Noqay şifahi sənətinin ənənələrinə yeni bir baxış təqdim edir. Bu, onun davamçılarının — müasir dövrün Noqay yazıçılarının yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.Суюнова Насипхан, Ногайская поэзия XX века в национальном и общетюркском историко-культурном контексте 2006, Черкесск.
Həyatı Atasını savaşda, anasını savaşın doğurduğu aclıq və xəstəlikdə itirən Qamzat çətin bir ömür yaşamış, uşaq evinin ağır şəraiti onun psixologiyasını pozmuşdur. Savaş başa çatdıqdan sonra yaxın qohumu Badiya Acıgəldiyev onu ailəsinə almışdır. "Səlimət" hekayələr kitabının müəllifi olan, Qaranoqay kəndlərini (Dağıstan) gəzərək folklor nümunələrini çap etdirən, partiya işçisi Badiya Acıgəldiyev Qamzatın ədəbiyyata maraq göstərməsində böyük rol oynamışdır.
Tepekli (Dirəkli) Məktəb kəndindəki internat məktəbdə oxuyan Qamzat Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə (1958–61) olarkən də ikiillik Marksizm-Leninizm Universitetinin axşam şöbəsində təhsil almışdır. Bədii yaradicılığa da həmin illərdən gəlmişdir. Mahaçqaladakı "Şöllik mayakı" ("Çöllük mayakı") və Çerkesskdəki "Lenin yolu" qəzetləri ilə müntəzəm əlaqə saxlamışdır.
Əsgəri xidməti başa vurduqdan sonra fəal bədii yaradıcılıqla məşğul olmuş, noqay ədiblərindən F. Abdulcəlilov, S. Kapayev, К. Kumratovla görüşmüşdür. Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edə bilmişdir. Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna oxumağa göndərilən ilk noqay olmuşdur.
1962-ci ildə Mahaçqalada "Sokpak" (Cığır) adlı ilk şeir kitabı çap edilmişdir. Badiya Acıgəldiyevlə birlikdə Dağıstanda yaşayan noqay ədiblərinin İkinci Dünya Savaşından sonrakı yaradıcıliğından nümunələri seçərək 1964-cü ildə "Karlıgac" (Qaranquş) adlı topluda çap etdirmişlər. Bu təşəbbüsü araşdirıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər.
Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap etdirən, ədəbi mühitin canlanması üçün var gücü ilə çalışan gənc şair bədbinliyə qapılmış, vəziyyətdən çıxış yolu tapa bilmədiyindən içkiyə qurşanmışdır. "Kuşlar kaydan kelesiz" (Quşlar haradan gəlirsiniz?), "Mennen başqa bar bolsa…" (Məndən başqa varsa…), "İzleyemen seni" (Səni axtarıram), "Dördlüklər" şeirləri oxucular tərəfindən məhəbbətlə qarşılanan şair 1966-cı ildə, 27 yaşı tamam olmamış intihar etmişdir. Şamil Ə., Uyğur, Qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı, Bakı, Nurlan, 2011,- 412 səh. Şairi intihara aparan yol onun şeirlərində öz əksini tapmışdır. "Yayapsız soraclar" (Cavapsiz suallar) şeirində yazır:
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?
Tek korkman redaktorlar kapıdan
– Pək qorxuram redaktorlar qapıdan
Ketşi deek, kaqıtlardı körgende
– Getsin deyər, yazılarımı görəndə.
Koyayıma taslap yazqan zatlardı
– Hər şeyi atmaq, unutmaq,
Otı sönip, suvıp kalqan küllerdey
– Yoxsa yandırmaq, külə döndərmək.
Tars yumayım körmes uşin közimdi
– Gözüm görməməsi üçün yumummu
Ya salayım korkaylandan külledi
– Kömək edər mənə güllələr
Söndürmege ürügimnin yallavın
– Söndürməyə ürəyimin alovun
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi? "Kuy, Rosiya" (Araq tök, Rusiya!) və b. şeirləri onun sərxoşluqla keçirdiyi günlərin əhval-ruhiyyəsini özündə yaşadır. Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır. Sərxoş olan, sərxoş yürüyən Rusiya! Araq içməyi mənə də sən öyrətdin. Bloka da sən içki verdin, Yesenini də sərxoş etdin. Sən məyər özün, Yox, sən sərxoşsan!
"Lenin yolu" qəzeti 15 iyul 1966-cı il sayında şairin "Vəsiyyət" şeirini çap etmişdir.. Əgər Həmzət Adjigeldiyev çağdaş reallığının məntiqini anlamaq üçün boş yerə cəhdlərdən sonra dünyadan uzaqlaşaraq "azad insanın tənhalığını" seçibsə, deməli, o, fərqli bir yol seçib — dünyaya doğru. Bu yol onu mənəvi sarsıntılara hazırlayıb ki, bu da dəyərlərin yenidən qiymətləndirilməsini, əxlaqi meyarların dəqiqləşdirilməsini və nəticədə yaradıcı şüurunda dram yaradıb.Суюнова Насипхан Хусиновна, Ногайская поэзия XX века в национальном и общетюркском историко-культурном контексте.,http://www.dslib.net/literatura-rosii/nogajskaja-pojezija-xx-veka-v-nacionalnom-i-obwetjurkskom-istoriko-kulturnom.html.
1988-ci ildə Mahaçqalada T. Akmanbetovun ön sözü ilə Qamzat Acıgəldiyevin "Urlanqan suyub" (Oğurlanmış sevgi) adlı şeirlər toplusu çap olunmuşdur Suyunova N., 2006:237–238.
İstinadlar
Ədəbiyyat Абдуллатипов А. История кумыкской литературы (до 1917 г.). Ч. 1. Махачкала. — 1995. Абдулжалилов Ф. А. Адымнан адым . Ногай литературасы акында литература-критикалык ойлар. Черкесск. — 1972. Аджигельдиев Г. Ю, Сай сувда толкын йок. (О ногайской поэзии). // Ленин йолы от 14. 06–1964; Его же: Кырлар уьстинде (Рецензия на коллективный сборник ног. писателей). // Ленин йолы от 22. 06. 1962 г.
Аджиев A. M. Кумыкская народная поэзия. Махачкала. — 1983.
Айт десенъиз, айтайым . (Если просите, спою.). Ногайские народные песни. Запись и составление Сикалиев А. И-М. -Черкесск. 1971.
Акманбетов Т. Гамзаттынъ оьлимсиз дуныясы. (О творчестве Г. Аджигельдиева). // Г. Аджигельдиев. Урланган суьюв (Украденная любовь) Махачкала. — 1988. — С. 5–8.
Алламбергенов К. Айтыс в каракалпакской литературе: (Специфика жанра и пути развития). Автореф. канд. дис. -Ташкент. — 1985.
Алейников М. Н. Поверья ногайцев. // Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 17, отдел 2. Тифлис. — 1893.
Алиева С. У. Приметы обновления.// Способность к диалогу. 4.1. -М.:ИМЛИ РАН.- 1993. Курмангулова Ш. А. Джанибеков и современная ногайская литература. // Сб. Просветители. Черкесск. — 1981.
Курмангулова Ш. А. Ногайская советская литература (Динамика формирования и развития). Автореферат канд. дис. Махачкала. −1986.
Курмангулова Ш. А. Ногайская поэзия 60 −80-х годов. // Традиции и современность. Метод и жанр.: Сб. научных трудов КЧНИИ. -Черкесск. 1986.-С. 90–117.
Суюнова Н. Х. Ногайская поэзия XX века в национальном и общетюркском историко-культурном контексте. Москва: ИМЛИ РАН, 2006.