Milka Mankoç (; ) — Sloveniyalı ictimai xadim. Həyatı Milka Mankoç Triestli topdansatış taciri Yakob Mankoçun doqquz övladının sonuncusu kimi dünyaya gəlib. İbtidai təhsilini doğma şəhərində almış, sonra isə Lyublyanada ursulin rahibələrinin yanındakı orta məktəbdə oxuyub. Qohumları arasında belə bir rəvayət qalıb ki, üç bacısı doğuşdan sonra vəfat etdiyi üçün qardaşları ən kiçik bacıları olan Milkadan ərə getməməyi xahiş ediblər. Bu faktı rəfiqəsi Maritsa Bartol da təsdiqləyir. Beləliklə, o, ömrüboyu subay qalaraq və özünü milli müdafiə və xeyriyyə işlərinə həsr edib.

1887-ci ildə Triestdə şəhər və ətraf bölgələrdə iki ibtidai məktəbi və bir neçə uşaq bağçasını saxlayan Müqəddəs Kiril və Metodi Cəmiyyətinin qadın bölməsi təsis edildi.Vovko, A. (1994): »Oris dejavnosti Družbe sv. Cirila in Metoda na šolskem področju.« Šolska kronika : zbornik za zgodovino šolstva 27, št 3, str. 32-41. Bu bölmənin həmtəsisçilərindən biri olan Mankoç 15 il ərzində xəzinədar vəzifəsində çalışaraq, 1888–1889-cu illərdə isə onun sədr olub. Lakin bir ildən sonra bu şərəfli vəzifədən öz istəyi ilə imtina edib.Primorski slovenski biografski leksikon. Goriška Mohorjeva družba, Gorica 1974-1994.

Triestin İtaliya krallığına birləşdirilməsi və faşistlərin hakimiyyətə gəlməsi ilə Müqəddəs Kiril və Metodi Cəmiyyətinin fəaliyyəti dayandırıldı. Milli şüurlu slovenlər fəaliyyət üçün yeni yollar axtarmağa başladılar. Mankoç 1922-ci ildə Triestdə Qadın Yardım Birliyini quran dörd təşəbbüskardan biri idi. Təsisçilər dairəsindən Mankoç, Mariça Nadlişek Bartol, Milka Martelanç, Antoniya Slavik və digər xanımlar "Ženski svet" (Qadın Dünyası) jurnalının əsasını qoydular.

Faşist təzyiqləri səbəbindən Mankoç Serb, xorvat və sloven krallığına köçdü. Onun Lyublyanadakı Dunay küçəsində yerləşən mənzili bir çox Primorsk (sahilyanı bölgə) sakinlərinin toplaşdığı yerə çevrilsə də, özü Sloveniyada artıq ictimai işlərlə məşğul olmurdu. 1822-ci ildə Mariborda (indiki Maistrova küçəsində) ev almış və həmin evi bacısı qızı olan, general Rudolf Maistrun həyat yoldaşının ixtiyarına vermişdi.

İstinadlar