Priştina Futbol Klubu (albanca: Klubi Futbollistik Prishtina) — Priştina kimi tanınan, Kosovonun Priştina şəhərində yerləşən peşəkar futbol klubu. Klub Kosovo Superliqasında çıxış edir.
O, ölkə daxilində ən uğurlu klub hesab edilir.
Tarixi Klub 1922-ci ildə "Kosova" adı altında yaranmışdır. Yuqoslaviya futbolunda ilk uğurlarını 1945-1981-ci illər arasında əldə etmişdir.
"Priştina" 1983-cü ildən 1988-ci ilə qədər Yuqoslaviya Birinci Liqasında beş mövsüm mübarizə aparmışdır. Onların ən yaxşı nəticəsi 1983-84-cü illərdəki ilk mövsümlərində 8-ci yeri tutmaları olmuşdur.
1981-1989-cu illər klubun "Qızıl dövrü" hesab edilmişdir. Eyni mövsümdə onlar 1983-84-cü illər Mitropa Kubokunun finalına yüksəlmiş və Avstriyanın "Ayzenştadt" klubundan sonra ikinci olmuşdular. 1987-88-ci illərdə Yuqoslaviya Kubokunda isə yarımfinala qədər irəlləməyi bacarmışdılar. Bu dövrlərdə klubu7n oyunçuları Fadil Vokrri və Zoran Baltoviç Yuqoslaviya Milli Komandasına dəvət edilmişdir.
Kosovo müharibəsi bitdikdən sonra klub Kosovo albanlarının rəhbərliyinə keçmiş və Yuqoslaviya liqa sistemindən ayrılmışdır. Avropa futbolunda isə klub ilk dəfə İsveçin "Norrçöpinq" komandasına qarşı matçda debüt etmişdir. 5 iyul 2018-ci ildə "Priştina", Mitrovitsadakı Adem Yaşari Olimpiya Stadionunda Cəbəllütariqin "Avropa" komandasına qalib gələrək UEFA Avropa Liqasında qələbə qazanan ilk Kosovo klubu kimi tarixə düşmüşdür.
Klubun ən uğurlu qitəmiqyaslı kampaniyası isə 2020-21-ci illər mövsümündə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışı olub.
Azarkeşləri "Priştina", Balkan ölkələri və dünyada yaşayan alban icmaları tərəfindən dəstəklənən bir klubdur. Azarkeşlər hər oyundan əvvəl Albaniyanın Dövlət Himnini oxuyur və klubu alban milləti və kimliyi ilə əlaqələndirir. Klubun ultras qrupu "Plisat" adlanır. Onlar klubun ev oyunlarında adətən stadionun cənub hissəsində olurlar.
Səksəninci illərin sonlarında klubun müxtəlif adlara malik bir neçə kiçik qrup mövcud idi. Həmin illərdə "Priştina" azarkeşlərinin əksəriyyəti özlərini "Plisat" kimi tanıdırdı. "Plisat" Yuqoslaviyanın anti-alban siyasəti dövründə belə klubdan heç vaxt ayrılmamış və futbolla yanaşı, eyni coşqu ilə eyniadlı basketbol klubunu da dəstəkləməyə başlamışlar. Təşkilat böyüdükcə, o, regiondakı və Avropanın digər hissələrindəki bəzi digər böyük azarkeş qruplarına bənzəmişdir. Onlar həmçinin Albaniya milli futbol komandasını da dəstəkləyirlər.
Uğurları Klubun daxili və beynəlxalq miqyasda titulları:
Kosovo Superliqası Qalib (11): 1991–92, 1995–96, 1996–97, 1999–00, 2000–01, 2003–04, 2007–08, 2008–09, 2011–12, 2012–13, 2020–21 Kosovo Kuboku Qalib (9): 1993–94, 1994–95, 2005–06, 2012–13, 2015–16, 2017–18, 2019–20, 2022–23, 2024–25 Kosovo Superkuboku Qalib (11): 1994–95, 1995–96, 2000–01, 2003–04, 2005–06, 2007–08, 2008–09, 2012–13, 2015–16, 2019–20, 2022–23 Kosovo Əyalət Liqası Qalib (9): 1945, 1946, 1947–48, 1953–54, 1958–59, 1960–61, 1976–77, 1978–79 Yuqoslaviya İkinci Liqası Qalib (1): 1982–83 Mitropa Kuboku İkinci yer (1): 1983–84 Yuqoslaviya Kuboku Yarımfinalçı (1): 1987–88
Avropa statistikası "Priştina" FK Avropa turnirlərindəki çıxışlarına əsasən aşağıdakı statistik göstəricilərə malikdir:
Turnir Oyun Q H M VQ BQ UEFA Çempionlar Liqası 4 2 0 2 5 6 UEFA Avropa Liqası 11 2 4 5 9 18 UEFA Konfrans Liqası 6 2 2 2 9 9 Mitropa Kuboku 6 2 3 1 13 11 CƏMİ 27 8 9 10 36 44
İstinadlar
Kateqoriya:Kosovo futbol klubları