Ballkani Futbol Klubu (albanca: Klubi Futbollistik Ballkani) — Ballkani kimi tanınan, Kosovonun Suhareka şəhərində yerləşən peşəkar futbol klubu.

Klub, ölkədə futbolun ən yüksək səviyyəsi olan Kosovo Superliqasında çıxış edir.

Tarixi Klub 1947-ci ildə "Rinia" (Gənclik) adı altında, o dövrdə təşkil edilən müxtəlif yarış və turnirlərdə iştirak etmək məqsədi daşıyan idmançılar tərəfindən qurulmuşdur.

1952-ci ildə klub qeydiyyatdan keçmiş və rəsmi çempionatlarda mübarizə aparmağa başlamışdır. 1965-ci ildə "Suhareka Kimya və Rezin Sənayesi müəssisəsi" klubun mülkiyyətinə sahib olduqdan sonra komandanın adı "KF Rinia"dan "KF Ballkani"yə dəyişdirilmişdir.

Klub Yuqoslaviya liqa sistemində pillə-pillə irəliləyərək 1973–74-cü illər mövsümündə Kosovo Əyalət Liqasına yüksəlmiş. Onlar sonradan aşağı liqaya düşsələr də, 1977-ci ildə yenidən geri dönmüş və 1990-cı illərə qədər bu liqada qalmışdılar. "Ballkani" Yuqoslaviya Futbol Assosiasiyası tərəfindən idarə olunan liqa sistemini tərk edən ilk Kosovo klublarından biri olmuş və 2000-ci ilə qədər FİFA tərəfindən rəsmi olaraq tanınmayan paralel Kosovo Birinci Liqasında oynamışdır.

Avropadakı çıxışı "Ballkani" 2022–23 UEFA Avropa Konfrans Liqası zamanı Kosova futbolu üçün tarixi bir nailiyyətə imza atmışdır. UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Jalqiris" tərəfindən mübarizədən kənarlaşdırıldıqdan sonra komanda Konfrans Liqasına keçmişdir. Onlar təsnifat mərhələlərində "La Fiorita", "KÍ Klaksvík" və "Şkupi" klublarını məğlub edərək UEFA klub turnirlərinin qrup mərhələsinə vəsiqə qazanan ilk Kosova klubu olmuşdular. 2022–23 mövsümünün qrup mərhələsində Ballkani "Slaviya Praqa", "ÇFR Kluj" və "Sivasspor" ilə birlikdə G qrupuna düşmüş və qrupu 4 xalla tamamlamışdır.

Klub bu nailiyyəti 2023–24 UEFA Avropa Konfrans Liqasında da təkrarlamışdır. Çempionlar Liqasının təsnifat mərhələsində "Ludoqorets Razqrad" tərəfindən mübarizədən kənarlaşdırıldıqdan sonra, "Larn", "Linkoln Red İmps" və "BATE Borisov" komandalarını məğlub edərək ardıcıl ikinci il qrup mərhələsinə vəsiqə qazanmışdır. 2024–25 mövsümündə yenidən Çempionlar Liqası və Konfrans Liqası təsnifatlarında iştirak edərək rəqabətə davamlılıq nümayiş etdirmişdir.

Uğurları Klub daxili yarışlarda bu titulları qazanmışdır: Kosovo Superliqası: 2021–22, 2022–23 və 2023–24 mövsümlərində çempion olmuş. Kosovo Kuboku: 2019–20 mövsümündə finalçı olmuş. Kosovo Superkuboku: 2022-ci ildə kuboku qazanmış.

Heyəti

Nömrə Mövqe Vətəndaşlıq Oyunçu 1 Qapıçı Artan İlyazi 2 Müdafiəçi Qeralb Smaili 3 Müdafiəçi Arber Potoku 4 Müdafiəçi Gentrit Halili 5 Yarımmüdafiəçi Anel Şabanadkoviç 6 Yarımmüdafiəçi Stanislav Petkov 7 Hücumçu Bleart Tolay 8 Hücumçu Ciovanni Ribeyro 9 Hücumçu Valentin Serebe 10 Hücumçu Almir Krıeziu 11 Yarımmüdafiəçi Valid Hamidi 13 Qapıçı Art Miftari 14 Müdafiəçi Marsel İsmayılgeçi 16 Müdafiəçi Diar Vokrri 19 Yarımmüdafiəçi Engell Ayazay 20 Yarımmüdafiəçi Toni Domqyoni 21 Yarımmüdafiəçi Ardit Deliu 22 Müdafiəçi Elvis Letay 23 Yarımmüdafiəçi Loris Kolqetsi 25 Qapıçı Adnan Qoluboviç 27 Hücumçu Ebrima Qaye 28 Müdafiəçi İvitsa Batarelo 29 Yarımmüdafiəçi Albert Dyen 32 Müdafiəçi Bayram Yaşanitsa 34 Müdafiəçi Merlind Kodra 37 Yarımmüdafiəçi Arens Mateli 45 Yarımmüdafiəçi Adonis Hoti

Komandanın baş məşqçisi Mislav Karoqlandır.

Prezident vəzifəsini isə Arsim Kabaşi icra edir.

İstinadlar

Kateqoriya:Kosovo futbol klubları