Şahzadə Anna (; ) — Britaniya kralı II Georqun qızı, Oranj şahzadəsi.
Alman şahzadəsi kimi doğulsa da, babasının 1714-cü ildə Böyük Britaniya və İrlandiya kralı olmasıyla həyatı dəyişdi. Buna baxmayaraq doğulduğu Hannover torpaqlarında qaldı. Alman, fransız və ingilis dillərində təhsil aldı. 1720-ci ildə çiçək xəstəliyinə yoluxdu və sağalsa da, xəstəliyin izlərini üzündə ömürboyu daşıdı. Uşaqlıq illərində bəstəkar Georq Fridrix Hendeldən musiqi dərsləri aldı və onun sonrakı yüksəlişində mühüm rol oynadı.
1727-ci ildə babasının ölümü və atasının II Georq adıyla taxta çıxmasının ardından Britaniyaya gətirildi və 1727-ci ildə Krallıq şahzadəsi () ünvanı aldı. Bu ünvan ən son 1642-ci ildə I Karl tərəfindən qızı Şahzadə Mariyaya verilmişdi.
1725-ci ildə onun Fransa kralı XV Lüdoviklə evləndirilməsi müzakirə edilsə də, dini məzhəb məsələsi problem idi və bu səbəblə bu evlilik baş tutmadı. 25 mart 1734-cü ildə Sent-Ceyms sarayında Oranj şahzadəsi IV Vilyamla evləndi. Hollandiyada məskunlaşan cütlüyün bu nigahdan 3 övladı doğuldu.
Şahzadə Karolina (28 fevral 1743 - 6 may 1787) Şahzadə Anna (15 noyabr 1746 - 29 dekabr 1746) V Vilyam (8 mart 1748 - 9 aprel 1806)
Ancaq 1751-ci ildə öncə qardaşı Uels şahzadəsi Frederikin, ardından isə əri IV Vilyamın vəfatıyla sarsıldı. O əsnada 3 yaşında olan yeganə oğlu taxta çıxarıldı və Şahzadə Anna taxt naibəsi olaraq mülkləri idarə etməyə başladı. 1759-cu ildəki ölümünədək bu vəzifədə qaldı və ölümündən sonra naibə vəzifəsi öncə qaynanasına, ardından isə böyük qızı Şahzadə Karolinaya həvalə olundu.
Mənbə
Ədəbiyyat
Michael De-la-Noy, The King Who Never Was: The Story of Frederick, Prince of Wales, London; Chester Springs, PA: Peter Owen, 1996. Van der Kiste, John (1997) George II and Queen Caroline. Stroud, Gloucestershire: Sutton Publishing. Marples, Morris, Poor Fred and the Butcher: Sons of George II London 1970 p41 ISBN 0718108167 "Frederick Prince of Wales". BBC.; Livingstone, Natalie (7 April 2016). The Mistresses of Cliveden: Three Centuries of Scandal, Power and Intrigue in an English Stately Home. Arrow Books. ISBN 978-0-09-959472-7 Weir, Alison (1996), Britain's Royal Families: A Complete Genealogy (Revised ed.), London: Pimlico, p. 278, ISBN 978-0-7126-7448-5 Maclagan, Michael; Louda, Jiří (1999), Line of Succession: Heraldry of the Royal Families of Europe, London: Little, Brown, p. 32, ISBN 1-85605-469-1 John Walters, The Royal Griffin: Frederick, Prince of Wales, 1707–51, London: Jarrolds, 1972.
İstinadlar