Şahzadə Amaliya Sofiya Elyanora (; ) — Britaniya kralı II Georqun qızı. Florida ştatındakı Ameliya adası onun şərəfinə adlandırılmışdır. Heç vaxt evlənmədi və övladı olmadı.
Alman şahzadəsi kimi doğulsa da, babasının 1714-cü ildə Böyük Britaniya və İrlandiya kralı olmasıyla həyatı dəyişdi. Buna baxmayaraq doğulduğu Hannover torpaqlarında qaldı. Alman, fransız və ingilis dillərində təhsil aldı. 1727-ci ildə babasının ölümü və atasının II Georq adıyla taxta çıxmasının ardından Britaniyaya gətirildi və ölümünədək burada yaşadı.
1723-cü ildə bibisi Prussiya kraliçası Sofiya Doroteyanın oğlu Şahzadə Frederiklə evləndirilməsi müzakirə edildi. Ancaq uzun illər aparılan diplomatik danışıqlar Avstriyanın müdaxiləsiylə nəticəsiz qaldı.
1751-ci ildə Riçmond parkı ona hədiyyə edildi və xalqın park ərazisini girişini qadağan edərək ictimai etiraza səbəb oldu. Bu qadağan 1758-ci ilədək davam etdi. 31 oktyabr 1786-cı ildə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Chalus, E. H. (23 September 2004). "Finch, Lady (Cecilia) Isabella [Bell] (1700–1771), courtier". Oxford Dictionary of National Biography. Vol. 1 (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/68377. ISBN 978-0-19-861412-8 Van der Kiste, John (1997) George II and Queen Caroline. Stroud, Gloucestershire: Sutton Publishing. .
İstinadlar
Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri