Kapital menecmenti və ya Kapitalın idarə edilməsi — maliyyə menecmentinin iqtisadi istehsalın funksiyası kimi dəyərə malik olan və ya digər iqtisadi aktivlər üçün faydalı hesab edilən kapital aktivləri ilə məşğul olan sahəsidir. Kapitalın idarə edilməsi geniş mənada iki sinfə bölünür: Dövriyyə kapitalının idarə edilməsi — firmanın və ya biznes təşkilatının özü üçün kapital dəyəri kəsb edən aktivlərin idarə olunmasını əhatə edir. İnvestisiya menecmenti — əsas gəlir modellərindən kənarda mövcud olan və alternativ gəlir mənbəyi hesab edilən aktivlərlə məşğul olur.

Bu intizam ona görə mövcuddur ki, biznes təşkilatları və ya digər hüquqi şəxslər üçün sərmayə dəyəri olan aktivlər mövcud vəsaitlərin optimal, adekvat və ya kifayət qədər performans göstərməsi üçün idarəetmə tələb edir. Aşağı performanslı kapital aktivləri istər ictimai sektor, istərsə də özəl sektorda yerləşməsindən asılı olmayaraq, hər hansı bir hüquqi şəxsin maliyyəsi və gələcək varlığı üçün öhdəlik (liabiliti) yaradır.

İstinadlar

Əlavə ədəbiyyat siyahısı

Kateqoriya:Kapital menecmenti Kateqoriya:Maliyyə uçotu Kateqoriya:İdarəetmə uçotu