Prettifun () — ABŞ repçisi; müğənni, prodüser və mahnı müəllifi. 2021-ci ildən bəri öz işini həyata keçirir. Adını geniş kütləyə tanıtması isə 2024-cü ildə repçi həmkarı Çenin "Miley Cyrus" və "Pizza Time" adlı sinqllarına prodüserlik etməsi ilə bağlıdır. Şəxsi dinləyici bazasını "Pretti" və "Funhouse" adlı studiya albomları ilə bərkidib.

Erkən illəri və təhsili Şimali Karolinanın Şarlott şəhərində böyüyüb, ailəsi maddi cəhətdən çox da imkanlı deyildi. Uşaqlığında "Borderlands 2" və "Minecraft" kimi oyunlara həvəs göstərib. Orta məktəb illərində teatrla ciddi məşğul olub. "Northwest School of the Arts"da teatr üzrə təhsil alıb, lakin sonradan həmin məktəbi yarımçıq qoyub başqa məktəbi bitirib. "The Fader"ə verdiyi müsahibədə qeyd edib ki, teatra getdiyi müddət oradan çox şey öyrənib. 8 yaşında isə xalası Engi vəfat edib və bu itki onu dərindən sarsıdıb.

Fəaliyyəti Bit düzəltmə sənətinə 13 yaşında start verib. İlk günlərdə dram-pedlərlə işləyib, get-gedə DAW proqramlarını da prosesə qatıb. Rep hissəsinə gəlincə, Prettifan mikrofonu əlinə COVID-19 pandemiyası illərində alıb. Buna onu dostu ezcodylee razı salıb və ilk mahnılarını da onunla birlikdə yazıb. Həmin dövrdə "4ersona" adlı onlayn kollektivin üzvləri ilə tanışlıq yaranıb. Kollektiv indi fəaliyyət göstərmir, amma o vaxtlar sıralarında skaiwater, Riç Amiri və Çe kimi adlar olub. Prettifan sonradan onlarla müntəzəm birgə iş aparıb. Kollektiv ona iki şeyi öyrədib: ardıcıl musiqi buraxmağı və ətrafına düzgün insanları toplamağı. Şarlottdə yarı ştat işləyərkən musiqidən əl çəkməyib, 2023-cü ildə isə ilk albomu "Hi-Fi"ı buraxıb. 2024-cü il onun üçün həqiqi sıçrayış ili olub. Çenin "Miley Cyrus" və "Pizza Time" sinqllarında prodüserliyi ilə geniş auditoriyaya çatıb. "Pretti" və "Funhouse" layihələri isə onu həm reper, həm də prodüser kimi möhkəm şəkildə sənayedə yerləşdirib. 2025-ci ildə "Funhouse Deluxe" adlı genişləndirilmiş versiyasını nəşr edib. Həmin ilin iyunun 20-də isə "2025 Summer Smash" festivalının səhnəsinə ilk dəfə səhnəyə çıxıb.

Üslubu Musiqisini bir janra sığdırmaq çətindir. Onun musiqisi reyc-rep, hiperpop və melodik trep üslublarını özündə birləşdirir. Parlaq sintezatorlar, distorsiyaya uğradılmış 808-lər və video oyun atmosferlərini xatırladan güclü bir səs divarı onun əsas imzasına çevrilib. Pyer Bornun təsiri aydın sezilsə də, öz üslubunu əsasən "4ersona" onlayn kollektivində şəkilləndirib. Eyforiyalı, chiptune ruhlu prodüksiyasını "Pissy Pamper" kimi mahnılarda Lil Uzi Vert ya da Pleyboy Kartini xatırladan uşaq səsiylə qoşalaşdırır. Musiqisi adətən nikbin, şirin və pozitiv ovqatlı kimi xarakterizə edilir. Amma Prettifanın özü "əyləncə" () dedikdə daha böyük bir şeyi nəzərdə tutur, yaratmaq sevincini və insanlarla həqiqi bir bağ qurmağı.

Şəxsi həyatı "Five Nights at Freddy's" oyununa və animeyə də bəndi var.

Diskoqrafiya Studiya albomları Hi-Fi (2023) Pretti (2024) Funhouse (2024) FunHouse Deluxe (2025)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:XXI əsr ABŞ repçiləri